Icma.az
close
up
RU
​SÜNİ İNTELLEKT KİNO ALƏMİNDƏ NƏLƏRİ DƏYİŞƏCƏK? Ssenaristdən maraqlı AÇIQLAMA

​SÜNİ İNTELLEKT KİNO ALƏMİNDƏ NƏLƏRİ DƏYİŞƏCƏK? Ssenaristdən maraqlı AÇIQLAMA

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Süni intellekt texnologiyalarının inkişafı kino sənayesində də yeni imkanlar yaratmaqla yanaşı, yaradıcı peşələrin gələcəyi ilə bağlı suallar doğurur. Artıq bu texnologiyalar vasitəsilə ssenari yazmaq, obrazlar yaratmaq, səhnələri hazırlamaq və video görüntülər əldə etmək mümkündür. Bu yeniliklər film istehsalının xərclərini və müddətini azalda bilsə də, insan təxəyyülünün, yaradıcılığının və emosional yanaşmasının rolu müzakirə mövzusu olaraq qalır.

Süni intellektin kino sahəsində daha geniş tətbiqi ssenarist və rejissorların fəaliyyətinə necə təsir göstərəcək? Süni intellekt gələcəkdə ssenarist və rejissorları əvəz edə bilərmi, yoxsa yalnız onların işini asanlaşdıran vasitə olaraq qalacaq?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Azərbaycan Ssenaristlər Gildiyasının sədri, ssenarist Nicat Dadaşov bildirib ki, süni intellekti müəyyən məlumatların əldə edilməsini və araşdırma prosesini asanlaşdıran, bir növ konsultasiya vasitəsi kimi qəbul edirəm. Bu baxımdan onun kino sahəsində istifadəsinə qarşı deyiləm.

Onun sözlərinə görə, söhbət birbaşa yaradıcılıqdan, obrazların yaradılmasından, dramaturji həllərdən və rejissorun vizual yanaşmasından gedəndə fərqli düşünürəm: “Yəni niyə öz yaşadıqlarını, müşahidələrini, daxili dünyasını, onu narahat edən və düşündürən məsələləri özü ifadə etmək əvəzinə bunları süni intellektə həvalə etməlidir? Sənətçinin öz təcrübəsinə, düşüncəsinə və hisslərinə güvənməsi vacibdir. Əgər insanın daxilində danışmaq istədiyi bir mövzu varsa, onu öz baxış bucağından, öz dili ilə ifadə etməyə çalışmalıdır. Məncə, sənətin dəyəri də məhz buradan başlayır”.

Ssenarist qeyd edib ki, hər kəsin yaradıcılıq qabiliyyəti və peşəkarlıq səviyyəsi eyni deyil. Düşünürəm ki, süni intellekt bəzi hallarda insanın öz üzərində işləməkdən, axtarış aparmaqdan və peşəkar inkişafdan yayınmasına da şərait yarada bilər: “Onsuz da yaradıcılığa kifayət qədər əmək sərf etmək istəməyən insanlar bu texnologiyanın imkanlarından istifadə edərək daha az işləməyə meyilli ola bilərlər. Amma işini sevən, daim axtarışda olan və özünü inkişaf etdirmək istəyən insanlar üçün süni intellekt əlavə bir vasitəyə çevrilə bilər. Yəni bu texnologiya insanın işini asanlaşdıra da bilər, onu daha passiv vəziyyətə də sala bilər. Burada çox şey insanın özündən və texnologiyadan hansı məqsədlə istifadə etməsindən asılıdır. Eynşteynin bir sözü yadıma düşür: “İnsan bıçaqla çörək də kəsə bilər, adam da öldürə bilər”.

N.Dadaşov əlavə edib ki, süni intellektin ssenarist və rejissorları tam şəkildə əvəz edə biləcəyini düşünmür: “O, texniki imkanları genişləndirə, müəyyən prosesləri sürətləndirə və məlumat əldə etməyi asanlaşdıra bilər. Ancaq obraz yaratmaq, insanın daxili ziddiyyətlərini anlamaq, dramaturji qərarlar vermək və özünəməxsus rejissor baxışı formalaşdırmaq mənim üçün insanın yaradıcı təfəkkürünə bağlı məsələlərdir. Mən sənətdə insanın öz beyninin, düşüncəsinin və hisslərinin məhsulunu görmək istəyirəm. Süni intellekt köməkçi vasitə ola bilər, amma yaradıcılığın özünü ona həvalə etməyin tərəfdarı deyiləm”.

Oğuz Ayvaz 

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Oktyabr 2026 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri