Icma.az
close
up
RU
AFFA üçün “Uşaqlığın son gecəsi”

AFFA üçün “Uşaqlığın son gecəsi”

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Uşaqlığın son gecəsi” filmi çox gözəl ekran əsəridi. Bu film 1968-ci ildə çəkilib, düz 56 ildi ekranlardadı. Elə bu illər ərzində də “Uşaqlığın son gecəsi”ndən ayrı-ayrı epizodlar dillər əzbərinə çevrilib, həyatımızda ibrətlik misala çevrilib. AFFA İcraiyyə Komitəsinin sonuncu iclasının ardından komitə üzvü Səməd Qurbanovun mətbuata verdiyi açıqlamanı oxuyanda mən həmin səhnələrdən birini xatıladım.

Deməli, Elya ilə Rüfət işdən çıxıb avtobusla evə gedirlər. Söhbət əsnasında Rüfət həyat yoldaşına deyir ki, gecə növbəsində Rüstəmin işlədiyi ərazidən yeraltı kabel keçir və həmin hissədə Murad yeri qazır. Elya da ondan bu barədə Rüstəmə xəbər verib-vermədiyini soruşur, cavabında “Zaur Rüstəmə xəbər verməyə getdi” eşidir. Bu cavab isə Elyanı heyrətləndirir. Avtobusu saxladıb, yerə düşərkən Rüfətə sual verir: “Nə? Zaur sənin əvəzindən iş görməyə getdi?” Əlbəttə, bütün bunlar filmin ssenarisinin tərkib hissəsidi və aktyorlar həmin rolları oynamalıdılar. Amma biz həmin epizodu izləyə-izləyə bir daha dərk edirdik ki, hər kəs öz işinə məsuliyyətlə yanaşmalı, üzərinə düşəni etməlidi. Rüfət bunu etmədiyinə görə gecə növbəsində faciə baş verə, azı iki gəncin – Rüstəmlə Muradın xoşbəxt həyatı bitə bilərdi.
Rol demişkən, veteran futbolu Səməd Qurbanov da indi AFFA İcraiyyə Komitəsində Vaqif Sadıqovun rolunu oynayır. Elxan Məmmədovun vaxtında bütün qərarlar əvvəlcədən verilirdi, İcraiyyə Komitəsi formal şəkildə toplaşıb bu qərarları qanuni qüvvəyə mindirirdi. Sonra da uğursuzluq yaşananda Elxan Məmmədov yaxasını kənara çəkirdi, “qərarı verən, təyinat edən İcraiyyə Komitəsidi, mən icraçıyam” deyirdi. Elə həmin o İcraiyyə Komitəsinin iclaslarından sonra da ən çox Vaqif Sadıqovun şəkilləri və müsahibələri mətbuatın bəzəyinə çevrilirdi. Özünü ağıllı qərar verən məsuliyyət sahibi kimi aparırdı. Guya ki, hansısa məsuliyyətli qərarı o və digər “komitəçilər” müzakirələrin gərgin nəticəsi kimi veriblər. Bir gün Elxan Məmmədov aradan çıxdı və biz Sadıqovun səmimi, eyni zamanda gecikmiş etirafını eşitdik. Məlum oldu ki, hansısa gizli qüvvə onların əvəzindən qərar veribmiş, əcnəbi məşqçilərin Azərbaycana axını başlayıbmış. Sözsüz, biz hər şeyin necə baş verdiyini gözəl bilirdik.
İndi də Səməd Qurbanov eynilə həmin rolu oynayır. İcraiyyə Komitəsinin iclaslarından sonra ortaya çıxan səlahiyyət və məsuliyyət sahibi olmur. Mən Rövşən Nəcəflə Balakişi Qasımovu demirəm. Heç Sərxan Hacıyevlə Maqsud Adıgözəlovdan da nəsə eşitmək mümkün deyil. Hamısı AFFA-ya gizlincə gəlib, gizlincə gəlirlər. Heç İcraiyyə Komitəsində aparılan müzakirələrdən, futbolumuzun uçurumun dibindən xilas olması üçün nə düşündüklərindən danışmağa da həvəsli deyillər. Əvəzində Səməd Qurbanovu irəli verirlər. Bu da bir siyasətdi. Qoy futbol veteranı danışsın, necə olsa veterandı, səhv də desə, onu çox qınamazlar. Səməd kişi də çıxır, bir az ordan-burdan danışır, sonra da missiyasını bitmiş sayır. Elə “Neftçi”nin Müşahidə Şurasında da belə edirdi.
Hə, onu deyirdim axı. Səməd Qurbanovun son açıqlamasındakı bir cümlə mənə “Uşaqlığın son gecəsi” filmini xatırlatmışdı. Sitat: “Fernando Santuş Azərbaycanda postensiallı futbolçuların olduğunu söylədi”. Rəhmətlik İdris müəllim demişkən, vay evin yıxılmasın, fələk. Milyonları ötən müddətdə Santuşa ona görə vermişik ki, Azərbaycanda potensiallı futbolçuların olduğunu söyləsin. O deməsəydi, biz heç nə bilmirdik. Bəhs etdiyim filmdə Zaur Rüfətin əvəzinə iş görməyə getmişdisə, burda Santuş bizim əvəzimizə iş görməyə gəlib. Xəbərimiz yoxdu, bizim o potensiallı futbolçularımıza “Real”, “Barselona”, “Yuventus” “Roma” “elçi düşüb”. Ona görə də həmin futbolçuları çox da üzə çıxarmırlar. İndi Santuş onları tapacaq, Andorrayla Cəbəllütariqi məğlub etmək üçün güclü bir komanda formalaşdıracaq. AFFA-nın bu müdrik siyasətinə də eşq olsun!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Dekabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri