“AFFA və hakimlərin fəaliyyətinə şübhə ilə yanaşılmasını qəbul etmirəm”
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AFFA “Turan Tovuz” klubunu “Şamaxı” ilə matçdan öncə yaydığı bəyanata görə 20 min manat məbləğində cərimələyib.
Tovuz təmsilçisinin İdarə Heyətinin üzvü Yaşar Sultanov “Futbolpress.az” saytına açıqlamasında sözügedən bəyanatla bağlı fikirlərini bölüşdü:
“Bəyanat çoxsaylı “Turan”çı ordunun oyunu canlı izləmək hüququndan məhrum edilməsinə qarşı edilmiş addımdır. Fanatlar oyunu böyük maraqla gözləyirdilər. Bəyanatı canlı yayımın olmamasına kütləvi etirazın və hiddətin təqdimatı kimi dəyərləndirirəm. Komandalar, hakimlər, rəsmi şəxslər oyuna gələ bilir, amma TV əməkdaşlarının gəlməməsi çaşqınlıq və anlaşılmazlıq yaratdı. Düşünürəm ki, bu, müəyyən şübhələrə səbəb olub. Doğrudanmı telekanalın ekstremal şəraitdə canlı yayım aparması üçün avadanlığı yoxdur? Mən də oyuna baxa bilmədiyim üçün təəssüf hissi keçirirəm. Amma AFFA və hakimlərin fəaliyyətinə şübhə ilə yanaşılmasını qəbul etmirəm. Qarşılıqlı iddialar var. Hakim səhvləri həmişə olub və qaçılmazdır. Lakin qərəzin olmasını düşünmürəm”.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 26 Fevral 2025 08:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















