AFFA Zirədə sessiya keçirdi
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsi “Zirə” PFK-nın akademiyasında maarifləndirmə aksiyası təşkil edib.
Futbolpress.az xəbər verir ki, sentyabrın 28-də baş tutan sessiyada paytaxt təmsilçisinin aşağı yaş qruplarında çıxış edən futbolçular və məşqçilər iştirak ediblər.
Tədbirdə danışılmış oyun anlayışı, bu cür hallarının idmanın nüfuzuna vurduğu ağır zərbə və qarşılaşa biləcəkləri risklər barədə ətraflı söhbət açılıb. AFFA-nın aparıcı mütəxəssisi Murad Məmmədli iştirakçılara oyunların manipulyasiya olunma motivləri, mərc oyunlarının bu prosesdəki rolu və futbolçularla məşqçilərə ola biləcək təsir üsullarını izah edib.
Sessiyada xüsusilə sosial media vasitəsilə edilən təhlükəli yaxınlaşmalar, şəxsi hesabların təhlükəsiz idarə olunması, şübhəli təkliflər zamanı atılması vacib olan addımlar və məlumatın gizlədilməsinin ağır nəticələri müzakirə edilib.
Həmçinin iştirakçılara AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri xatırladılıb. Danışılmış oyunlarda iştirakın, buna cəhdin və ya bilərək məlumat verməməyin ciddi intizam məsuliyyəti yaratdığı diqqətə çatdırılıb.
Sonda iştirakçıların mövzunu nə dərəcədə mənimsədiyini yoxlamaq üçün interaktiv sual-cavab sessiyası keçirilib. AFFA-dan bildirilib ki, bu kimi seminar və təlimlərin əsas məqsədi Azərbaycan futbolunda dürüstlük və şəffaflığı qorumaq, eləcə də gənc mütəxəssis və futbolçuların maariflənmə səviyyəsini yüksəltməkdir.
Baxış sayı:43
Bu xəbər 30 Sentyabr 2026 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















