"Hələlik heyəti gücləndirməyə ehtiyac yoxdur" Ramiz Məmmədov
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“Karvan-Yevlax”ın baş məşqçisi Ramiz Məmmədov Azərbaycan 1-ci Liqasının 8-ci turunda “Xankəndi”yə qalib gəldikləri (2:0) oyunu şərh edib.
QOL.az xəbər verir ki, mütəxəssis qələbədən və Xankəndidə oynamaqdan məmnunluğunu bildirib:
“Bu arenada çıxış etdiyimiz üçün şadıq. Prezidentimizə və ordumuza eşq olsun! Komandam qalib gəlsə də, bu gün hamı üçün bayram idi. Futbolçularımız oyuna verilən bütün tapşırıqları yerinə yetirdilər. “Xankəndi”yə mövsümün qalan hissəsində uğurlar arzulayıram.
Mövsümə rəqiblərimizlə müqayisədə gec hazırlaşmağa başladıq. Buna baxmayaraq komandamız Premyer Liqaya yüksəlmək üçün əlindən gələni edir. Ehtiyac yaranarsa, heyəti gücləndirə bilərik. Klub rəhbərliyi bizə hər cür dəstək göstərir. Hələlik buna ehtiyac yoxdur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 19 Noyabr 2026 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















