Icma.az
close
up
RU
Afrika Makrona qarşı Fransa lideri qitədə arzuolunmaz şəxsə çevrilir ŞƏRH

Afrika Makrona qarşı Fransa lideri qitədə arzuolunmaz şəxsə çevrilir ŞƏRH

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2024-cü ildə olduğu kimi, bu il də Fransa prezidenti Emmanuel Makron diqqəti ölkə daxilindən çox xarici məsələlərə yönəltməyi planlaşdırır. O, hər açıqlaması, müsahibəsi ilə həm özünə, həm də ölkəsinə problem dalınca problem gətirməkdədir.

İlin əvvəlində onun səfirlərlə toplantıda səsləndirdiyi qalmaqallı fikirlər hələ də gündəmdədir. Həmin görüşdə keçmiş müstəmləkələri ilə bağlı aşağılayıcı fikirlər səsləndirib. Düşünüb ki, Afrika ölkələri onun fikirlərinə reaksiya verməyəcək.

Görünən odur ki, yüz ildən artıq müddətdə Əlcəzair, Tunis, Seneqal və digər Afrika ölkələrində milyonlarla insanın qanını tökən, assimilyasiya siyasəti yürüdən, insanların mədəniyyətini və dəyərlərini məhv etməyə çalışan Fransa, daha dəqiq ifadə etsək, onun lideri indi onları aşağılamağa çalışır.

Makronun sözləri belə olub: “Ölkələrin öz ərazilərində yerləşdirilmiş Fransa qoşunlarının çıxarılmasını tələb etməsinə baxmayaraq, Fransa Afrikada uğursuzluğa düçar olmur".

Prezident, həmçinin əlavə edib: "Düşünürəm ki, bizə təşəkkür etməyi unutdular. Eybi yox, bu, zamanla gələcək. Mən yaxşı bilirəm ki, naşükürlük insanlar üçün yoluxucu olmayan xəstəlikdir”.

Makronun bu şantaj, hədə dolu sözləri, gözlənildiyi kimi, keçmiş müstəmləkə dövlətlərində narazılıq doğurub. Bu sözlər Afrikada, xüsusilə Çad və Seneqalda güclü reaksiyaya səbəb olub.

Makronun aşağılayıcı bəyanatına Burkina-Faso da cavab verib.

“Fransa heç vaxt müstəmləkə xalqlarına ədalətli davranmır. Fransa hökuməti müstəmləkəçi dövlətdir. Onlar bizim ərazilərdə yaşayan xalqların irsini silməyə çalışır. Bu siyasətdən qurtulmağın və mineral ehtiyatlarımıza qovuşmağın yeganə yolu mübarizədir. Biz düşünürük ki, Fransa ilə olan əlaqələr sonlandırılmalı, əsas ittifaq Afrika xalqları arasında qurulmalıdır. Digər tərəfdən, bizimlə ticari əlaqələr qurmaq istəyən ölkələrlə münasibətlər bizə çox vacibdir", - ölkənin müvəqqəti prezidenti İbrahim Traore bildirib.

Həmçinin, "Makron bütün afrikalıları təhqir etdi", - deyə o vurğulayıb. Daha sonra əlavə edib: "Bu adam Afrikanı, afrikalıları belə görür. Onun gözündə biz insan deyilik".

Məsələ ondadır ki, məhz Makronun prezidentliyi dövründə Parislə Afrika ölkələri arasında münasibətlər pisləşib. Burkina-Faso və Niger 2023-cü ildə fransız qoşunlarının çıxarılmasına nail olublar. Çad və Seneqal da tədbirlər görüb. Ncamena fransız qoşunlarının yanvarın sonuna qədər ölkəni tərk etməsini tələb edib, Dakar isə Fransanın bazalarının bağlanmasını və hər hansı xarici hərbi mövcudluğun dayandırılmasını tələb edib.

Afrikanı faktiki olaraq Fransa üçün itirilmiş bölgə hesab etmək olar və deyəsən, Makron da bununla barışır. Analoji uğursuzluğu Yaxın Şərqdə, daha dəqiq desək, Livanda gözləmək olar.

Görünür, bu səbəbdən də Makron cümə günü Livana səfər etmək qərarı verib. Burada onun ölkənin yeni prezidenti Cozef Aun ilə danışıqlar aparacağı planlaşdırılır. Düzdür, Makron Aun seçildikdən sonra ona zəng edib, sosial şəbəkələrdə təbrik edib, əbədi dostluq və dəstək vəd edib.

Məlumat üçün bildirək ki, Livanı Fransaya çoxillik acı işğal tarixi bağlayır. 1920-ci ildən Livan Fransanın mandatı altında bir ərazi olub. 1946-cı ildə Fransa hərbi qüvvələrinin Livanın ərazisindən tamamilə çıxarılması başa çatdırıb. Ehtimal etmək olar ki, təxminən 30 il Livanı idarə edən Fransa burada yenidən öz "protektoratını" qurmağa çalışacaq.

Böhran, daxili münaqişələr və problemlər yığını ilə parçalanmış Livan Emmanuel Makron üçün haradasa nəzarəti öz əlində saxlamaq üçün son şansdır. Ölkəyə investisiyalar, genişmiqyaslı yardım və bərpa proqramları lazımdır. Şübhə yoxdur ki, Makron fransız izlərinin haradasa qalması üçün oraya mümkün qədər çox güc və vəsait yatırmağa çalışacaq.

Hələlik Afrika və Yaxın Şərqdə fransızları yalnız "necə qaçdıqlarına" görə xatırlayırlar. Makron buna qədər Livana yardım təşəbbüsləri ilə çıxış etsə də, bunlar nəticəsiz qalıb. Söhbət Fransa prezidentinin Livana, İsrailin hücumunun qurbanlarına, köçkünlərə və onların sığınacaqda qalan vətəndaşlarına 100 milyon avro yardım kampaniyasından gedir.

Beləliklə, Afrikadakı uğursuzluq və ardınca Parisin Livandakı mövqelərini itirməsi Fransanın mövqelərinə ciddi zərbə deməkdir. Afrikadakı itkilərdən sonra isə Livanda uğursuzluq Fransanın geosiyasi mövqelərinə çox ağrılı zərbə olacaq.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://report.az
archiveBu xəbər 16 Yanvar 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri