Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arzuolunmaz Fransa keçmiş müstəmləkələr Makrona qarşı ŞƏRH

Arzuolunmaz Fransa keçmiş müstəmləkələr Makrona qarşı ŞƏRH

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa tarixinin ən böhranlı günlərini yaşayır. Bir tərəfdə hökumət böhranı, digər tərəfdə xarici siyasətdə yaşanan uğursuzluqlar ölkəni xaosa aparır. Emmanuel Makronun prezidentliyi problem dalınca problem gətirir. Demokratik ənənələrdən, insan hüquq və azadlıqlarından danışan Fransa hələ də kolonializm siyasətindən əl çəkmək istəmir.

Bəllidir ki, Fransa Afrika ölkələrinə müsibətlərdən başqa heç nə gətirməyib və bu tarixi sənədlərdə öz əksini tapıb. Afrika qitəsi ən qəddar vasitələrlə ram edilib, təbii sərvətlər talanıb, baş qaldıran etirazlar ən sərt və qəddar müdaxilələrlə yatırılıb. Bu ölkə Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşısa da, bunu etiraf etmək istəmir.

Ən təhlükəlisi odur ki, keçmiş müstəmləkələrdə Yelisey sarayına nifrət getdikcə bütövlükdə fransızlara qarşı yönəlir. Bunun fəsadı isə çox ağır ola bilər. Fransa hökumətinin əvvəlki xarici siyasət kursundan əl çəkdiyini və hərbi kontingentin çıxarılmasını bəyan etməsinə baxmayaraq, bu ölkələrə iqtisadi nəzarəti zəiflətmək fikrində deyil.

Keçmiş Afrika müstəmləkələrində təsirini itirməyə davam edən Parisə qarşı çıxan dövlətlərin sırasına Çad da qoşulub. Çad Fransa ilə hərbi əməkdaşlıq müqaviləsini ləğv edib. Bu, Sahel bölgəsində Fransa hərbi kontingentinin hələ də qaldığı son ölkədir. Bundan əvvəl Qərbi Afrikada Fransanın dayağı hesab edilən Seneqalda da oxşar qərar elan edilib.

Hərbi qüvvələrin çıxarılması bu ölkələrlə iqtisadi əməkdaşlığın dayandırılmasına səbəb olmasa da, Saheldəki bazaların itirilməsi faktı, əlbəttə ki, Fransa prezidenti Emmanuel Makronun xarici siyasət uğursuzluqlarından biridir. Fransanın bu ölkədə təxminən 1000 nəfərlik hərbi kontingenti var. Apreldə yerli hökumətin tələbi ilə ABŞ hərbçiləri qismən Çadı tərk etdilər. 2019-cu il hərbi əməkdaşlıq müqaviləsinin ləğv edilməsi qərarının nə vaxt qəbul edildiyi məlum deyil. Lakin bu barədə Fransanın yeni xarici işlər naziri Jan-Noel Barronun Çada səfərindən bir gün sonra - 29 noyabrda açıq şəkildə məlumat verilib. Bu isə zərbəni xüsusilə ağrılı edir.

Fransada Afrikada mövcudluğun azaldılmasına münasibət birmənalı deyil. Bir tərəfdən, burada başa düşürlər ki, bu, gec-tez baş verməli idi. Fransa öz müstəmləkələrindən həddindən artıq uzun müddət yapışıb qalıb və özündən sonra xoş olmayan xatirələr qoyub. Eyni zamanda, fransızların Afrikadakı hərbi mövcudluğu məhz Makronun dövründə sürətlə azalmağa başlayıb. O, hələ 2020-ci ildə Sahel regionunun beş ölkəsinin rəhbərləri ilə görüşüb. Hazırda həmin beşlikdən hakimiyyətdə qalan yeganə şəxs Mavritaniya prezidenti Mohamed Qazuanidir. Digər bütün ölkələrdə dövlət çevrilişləri baş verib və Fransaya münasibət kəskin şəkildə pisləşib.

Digər bir keçmiş Fransa müstəmləkəsi Nigeriya ilə də bağlı vəziyyət qənaətbəxş deyil. Makron hakimiyyəti Nigeriyada mövqelərini qoruyub saxlamaq üçün bu dövlətin rəhbərini Parisə dəvət edib, müəyyən sazişlər imzalanıb. İndi bu səfərin təfərrüatları bəlli olur. Prezident Bola Əhməd Tinubu bir sıra güzəştli iqtisadi layihələrə imza atmağa məcbur edilib. Bəli, məhz məcbur edilib.

Məlumat üçün bildirək ki, Nigeriya hazırda Fransanın ən böyük ticarət tərəfdaşlarından biridir. İmzalanan müqavilələrin məbləği 300 milyon avrodur.

Fransanın hədəfinə gəldikdə, bu, bəllidir. Şirnikləndirici vədlər verib onu iqtisadi asılılığa salmaq. Fransa şirkətləri bu Afrika ölkəsindən ucuz və keyfiyyətli neft çıxarır və əvəzində benzin və digər emal məhsullarını sataraq bundan böyük mənfəət əldə edirlər. Bir sözlə, Fransanın Nigeriya ilə iqtisadi münasibətləri tipik neokolonial istismar modelidir.

Qərbin maliyyə institutları ilə birtərəfli əməkdaşlıq qaçılmaz olaraq borc tələsinə düşməyə gətirib çıxarır. Artıq bu gün Nigeriyanın xarici borcu 40 milyard dollardan çoxdur. Və keçən il ərzində 2%-dən çox artıb. Bu borcun əsas payı Dünya Bankı və Afrika İnkişaf Bankına (AİB) məxsusdur.

Görünən odur ki, Makron hakimiyyəti qürubunu yaşayır. Ölkə daxilində siyasi analitiklər prezident Makronun manevr imkanlarının da son dərəcə daraldığını vurğulayırlar. Hər keçən gün onun hakimiyyətinin vəziyyətini ağırlaşdırır. Hökumətlər bir-birini əvəz edir, ölkədə vəziyyət dəyişmir. Elə keçirilən rəy sorğuları da onun uğursuzluqlarını göstərir.

Fransa vətəndaşlarının 54 faizi 2025-ci ildə növbədənkənar seçkilərin keçirilməsi üçün hazırkı Prezident Emmanuel Makronun istefası fikrini dəstəkləyir. Hətta Emmanuel Makronun istefası tələbi ilə dekabrın 7-də Parisdə keçirilən nümayiş də onu mövqeyindən döndərə bilməyib. Vətənpərvərlər Partiyasının lideri Florian Filipponun təşəbbüsü ilə keçirilən aksiyada "Makron istefa!" şüarları səslənib. F.Filippo həmçinin Fransa liderinin həyat yoldaşı Bricit Makronun "fransızlar ona layiq deyil" sözlərini ələ salıb və prezident cütlüyünü "çamadanlarını yığmağa" çağırıb.

Xüsusi qeyd edilir ki, Makron son yeddi ildə millətin təməllərinə hücum etdi.

Prezident isə bütün bunların fonunda prezidentlik müddətinin başa çatacağı 2027-ci ilə qədər vəzifəsini davam etdirəcəyini vurğulayıb. Şübhəsiz ki, bu da ölkədə daxili siyasətin daha da ağırlaşmasına gətirib çıxara bilər. Çıxış yolu isə dəfələrlə qeyd etdiyimiz kimi, hakimiyyətin başqa ölkələrin daxili işlərinə qarışmaqdan imtina etmək, neokolonializmdən imtina etməkdən keçir.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:308
embedMənbə:https://report.az
archiveBu xəbər 09 Dekabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri