Icma.az
close
up
RU
Fransa cəmiyyəti Makrona qarşı

Fransa cəmiyyəti Makrona qarşı

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Keçmişin uğurlarının uzun müddət istismar edilməsinin dövətlər üçün hansı kədərli nəticələrə gətirib çıxartdığını Fransanın nümunəsi bir daha təsdiqləyir. Fransa böyük tarixi və ənənələri olan bir dövlətdir. Dünya üçün bir sıra yeniliklər məhz burada intişar tapıb. Ancaq bütün bunlar qaytarılması mümkün olmayan keçmişdir. İctimai müzakirələrdə tez-tez səsləndirildiyi kimi, bu günün Fransası dünənin Fransası deyil və bunu heç müqayisəyə gətirmək də mümkün olmaz. Reallıq ondan ibarətdir ki, hazırda bütün dünya Fransaya Makronun cılız siyasəti prizmasından yanaşır. Bu siyasət isə ölkəni ənənələrindən geri döndərib. Etiraf olunur ki, Yelisey Sarayının siyasəti qlobal gündəliklə uzlaşmır, yeni çağırışlarla adekvatlıq təşkil etmir. Bu gün zamanında hegemonluq etdiyi Afrikadakı, dənizaşırı ərazilərdəki müstəmləkələrindən çıxarılaraq rədd edilən Fransanın daxilində də vəziyyət pisləşməkdədir. Ölkədə tətillər, etirazlar permanent hal alıb. Narazılıqlar fonunda, həmçinin Makrona və onun komandasına qarşı müqavimət cəbhəsi getdikcə güclənir.

Makronun 8 ildə ən aşağı populyarlıq reytinqi

Ölkənin arzuolunmaz reallıqları fonunda Makronun populyarlıq reytinqinin aşağı düşməsi diqqət çəkir. O, 2025-ci ilin yanvar ayında 2017-ci ildə Yelisey Sarayına gəldikdən sonra ən aşağı populyarlıq reytinqinə çatıb. Artıq Fransa prezidenti insanların rəğbətini qazana bilmir. İFOP sorğu mərkəzinin “Journal du Dimanche” qəzeti üçün apardığı sosial sorğunun nəticələri Makron üçün fəlakətlidir. Aylıq İFOP barometrinə görə, seçildikdən 8 il sonra Makron ən aşağı populyarlıq reytinqinə çatıb, fransızların yalnız 21 faizi onun fəaliyyətini qənaətbəxş hesab edir. E.Makron dekabrla müqayisədə 3 bal itirib. Yanvar ayına olan göstəricilərə görə, ümumilikdə, fransızların 79 faizi Makronun fəaliyyətindən narazıdır. Bununla da Fransa prezidentinin reytinqi hətta “Sarı jiletlilər” böhranı zamanındakından da aşağı düşüb. Yeni Baş nazir Fransua Bayrudan da narazılıq yüksək həddədir. Belə ki, fransızların 66 faizi yeni Baş nazirin fəaliyyətini qənaətbəxş hesab etmir.

Yelisey Sarayının sahibi senatorların hədəfində

Üç fransız senator hazırladıqları hesabatda Makronun Afrikadakı xarici siyasətinin uğursuzluqları ilə yanaşı, onun Fransanın imicinə və qitə ölkələri ilə münasibətlərə mənfi təsirini vurğulayıblar. Fransada Senat tərəfindən açıqlanan hesabatda fransız qoşunlarının ardıcıl şəkildə Mali, Burkina Faso, Niger və ən son Çaddan çıxarılmasının, son illərdə qitədə Fransanın imicinin, onun müəyyən ölkələr və onların əhalisi ilə münasibətlərinin ümumi şəkildə pisləşməsinin Makronun xarici siyasətinin böyük uğursuzluğunun nəticəsi olduğu bildirilib.

Senatorlar bu uğursuzluğu Makronun istifadə etdiyi metodlar, eləcə də əvvəllər Fransanın tərəfdaşı olmuş bir çox rejimin devrilməsinə gətirib çıxaran vəziyyətin dərindən təhlil edilməməsi ilə əlaqələndiriblər. Rəsmi Parisin verdiyi bir sıra qərarlar və bəyanatların təkəbbürlü, Afrika liderlərinə və ya xalqlarına qarşı aşağılayıcı xarakter daşıdığı diqqətə çatdırılıb. Qeyd edək ki, Çaddan sonra Seneqal da Fransa hərbi bazalarının 2025-ci ilin sonunadək ölkədən çıxarılmasını tələb edib. Kot-d’İvuar Prezidenti Alassan Uattara isə Fransa hərbi bazasının artıq ölkənin nəzarəti altında olacağını bildirib.

Eyni zamanda, Fransanın Qərbi və Mərkəzi Afrikadakı mövcudluğunun “yenidən qurulması” planına uyğun olaraq, Parisin Qabondakı hərbi mövcudluğu Mali, Burkina Faso və Nigerdən qoşunların çıxarılması ilə əlaqədar azaldılır. Son illərdə bu üç ölkədə bir sıra dövlət çevrilişləri suveren yerli liderlərin yüksəlişi ilə yanaşı, Fransanın Afrikadakı keçmiş müstəmləkələri arasında münasibətlərdə əsaslı dəyişikliyə gətirib çıxarır.

“Makron ölkədə dövlət çevrilişinə hazırlaşır”. Bu fikri isə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo sosial şəbəkələrdə bildirib. O hesab edir ki, Riçard Ferranın Konstitusiya Şurasının sədri vəzifəsinə təyin edilməsi təsadüfi deyil. Belə ki, Makron onun vasitəsilə üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürmək imkanı əldə etmək üçün qanunla qoyulan qadağanın ləğvinə nail ola bilər.

Küçələrdə ölənlər son bir ildə 15 faiz artıb

Aparılan uğursuz siyasətin nəticəsi olaraq sosial vəziyyətin ağırlaşması, Parisdə və regionlarda etirazların getdikcə genişlənməsi də bugünkü Fransanın kədərli reallığıdır. Mənzil Fondunun dərc etdiyi hesabata görə, Fransada 350 min insan küçədə yaşayır. Verilən məlumatlara görə, hər axşam minlərlə qadın, uşaq və kişi küçələrdə yatır. Mənzil Fondunun kasıbların küçədə və ya acınacaqlı şəraitdə olan mənzillərdə yaşadıqlarını əks etdirən 30-cu hesabatı ölkədə mənzil böhranının çox dərin olduğunu göstərir. 

Hesabatda küçədə yaşayanların sayının iki dəfədən çox artdığı vurğulanıb. “Əyilməz Fransa” (LFİ) partiyasının üzvü M. Pano Makronun hələ 2017-ci ildə seçki kampaniyasında bu problemi kökündən həll etməyə dair vədlərini təkrarlayıb. Ancaq bu müddət ərzində problemin həll edilmədiyi və əksinə, küçədə yaşayanların sayının çox sürətlə artdığını diqqətə çatdırıb. Ölkədə 203 min mənzilə təcili ehtiyac olduğu bildirilir. Hazırda Fransada küçədə yaşayan 350 min insanın qeydiyyatda olduğu və bu rəqəmin ötən illə müqayisədə 6 faiz artdığı qeyd edilir. Həmçinin Fransada 4,2 milyon insanın mənzil şəraiti son dərəcə pisdir.

Üç yüz əlli səhifəlik hesabatda əlilliyi olan şəxslərin də problemlərinə toxunulur, yeni tikilən binaların 20 faizinin əlil şəxslər üçün uyğun olmadığı bildirilir.

“Küçədə ölənlər” (les Morts de la Rue) Assosiasiyasının hesabatına görə isə 2023-cü ildə Fransa küçələrində 735 nəfər ölüb və bu rəqəm son bir ildə 15 faiz artıb.

MÜBARİZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Fevral 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayın istisində yeməli və uzaq durulmalı qidalar

09 İyul 2026 04:04see336

Sovetski də yeni söküntü başlanacaq İcra başçısı kompensasiyanın məbləğindən danışdı

09 İyul 2026 05:46see304

Zeytun aptekləri cərimələndi DƏRMANI QİYMƏTİNDƏN BAHA SATIRMIŞ

09 İyul 2026 03:49see304

Arıqlamaq üçün ən faydalı süd məhsulu: Kimlər içə bilər?

09 İyul 2026 02:30see297

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see282

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see271

Üçüncü Dünya müharibəsinin olacağı ehtimalı yüksəkdir

09 İyul 2026 08:18see240

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see229

İsveçrə 72 ildən sonra 1/4 finalda Tarixi uğur

08 İyul 2026 03:58see219

ABŞ li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət (Video)

09 İyul 2026 06:07see215

Qatlanan “iPhone”u gözləyənlərə pis xəbər: Satışa məhdud sayda çıxacaq

09 İyul 2026 05:23see194

Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb

08 İyul 2026 05:04see190

Geosiyasi gərginlik fonunda neft qiymətləri yüksəldi

08 İyul 2026 06:27see190

Hazırda İran şəhərləri... Video

09 İyul 2026 01:47see188

UFC döyüşçüsü Azərbaycanda keçirilən turnirdə qələbədən sonra aldığı hədiyyəsini nümayiş etdirib FOTO

09 İyul 2026 01:56see176

Qonşu ölkələr turistlərdən milyon qazanır

08 İyul 2026 16:59see162

Bruno Gimarayeş “Arsenal”a keçmək istədiyini bildirib

09 İyul 2026 03:12see160

Çin Rusiyanı “sökür”..?

08 İyul 2026 18:08see152

1/4 finalın son cütü bəlli oldu Argentina İsveçrə

08 İyul 2026 03:04see152

Sibiqa: Ukrayna artıq Rusiyaya zərbələr üçün heç kimdən icazə almayacaq

08 İyul 2026 05:00see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri