Afrika sahillərində miqrantları daşıyan gəmi batıb
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Şərqi Afrikada, Cibuti sahillərində miqrantları daşıyan gəminin batması nəticəsində 109 nəfər həlak olub, 116-dan çox şəxs isə itkin düşüb.
Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMQT) məlumat yayıb.
Məlumata görə, həlak olan 109 nəfərdən 15-i uşaqdır. İtməyə düşən 116-dan çox şəxsin axtarışları davam edir. Fəlakət zamanı 80-dən çox insanı xilas etmək mümkün olub, onların hamısının Efiopiya vətəndaşları olduğu bildirilir.
Qurumdan əlavə olunub ki, gəmi Cibutidən Yəmənə doğru hərəkət edərkən Obok şəhərindən şimalda, Quhere yaxınlığında aşıb.
Qeyd edək ki, hər il Somali yarımadasından on minlərlə miqrant təhlükəsizlik, sabitlik və Körfəz ölkələrində iş tapmaq ümidi ilə Cibuti üzərindən Bab əl-Məndəb boğazını keçərək Yəmənə üz tutur.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 11 Oktyabr 2026 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















