Icma.az
close
up
RU
İspaniyalı menecer: “Barselona”nın Bakıda işini çətinləşdirə biləcək iki amil var” FOTO

İspaniyalı menecer: “Barselona”nın Bakıda işini çətinləşdirə biləcək iki amil var” FOTO

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyalı futbol meneceri Xavi Bonaventura Sans UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda keçiriləcək “Sabah” - “Barselona” oyunu, Azərbaycan futbolunun inkişaf perspektivləri və yerli futbolçuların İspaniya çempionatında çıxış etmək imkanları barədə fikirlərini bölüşüb.

İdman.Biz onun AZƏRTAC-a verdiyi müsahibəni təqdim edir.

- Bu gün “Barselona” Bakıda “Sabah”la qarşılaşacaq. Oyun barədə fikirləriniz maraqlıdır...

- Məncə, “Barselona” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanmaq yolunda mühüm addım atmaq üçün yaxşı şansa malikdir. Bununla belə, hesab edirəm ki, bu qarşılaşma daha çox diqqətə layiqdir. Matç həm taktiki, həm də futbolçuların fərdi çıxışlarının təhlili baxımından bir sıra maraqlı məqamlarla diqqət çəkir.

- “Sabah” komandası haqqında nə bilirsiniz?

- “Sabah” 2017-ci ildə yaradılmış gənc klubdur və qısa müddətdə əhəmiyyətli inkişaf yolu keçib. Ötən mövsüm Azərbaycan çempionu olmaqla yanaşı, ölkə kubokunu da qazanıb. Komandada diqqətçəkən üç əsas məqam var. Birincisi, komandaya 2025-ci ilin iyunundan litvalı baş məşqçi Valdas Dambrauskas rəhbərlik edir. İkincisi, komanda əsasən 4-2-3-1 taktiki sxemindən istifadə edir, topa nəzarət edərək hücum qurmağa üstünlük verir. Üçüncüsü isə fərdi keyfiyyətləri ilə seçilən futbolçulardır. Bu mövsüm 12 qol vuran hücumçu Coy-Lens Mikels və komandanın əsas hücumameyilli oyunçularından biri olan Velko Simiç xüsusi seçilirlər. “Sabah”ın 90 dəqiqə ərzində yalnız müdafiəyə çəkiləcəyi gözlənilmir. Baş məşqçi komandasının fəal, cəsarətli və hücumameyilli futbol sərgiləməsini istədiyini açıq şəkildə ifadə edib.

- Sizcə, bu qarşılaşmada sürpriz gözləmək mümkündür?

- Fərdi futbolçu keyfiyyətləri, Avropa təcrübəsi və heyət dərinliyi baxımından “Barselona”nı aşkar favorit hesab edirəm. Bununla belə, kataloniyalıların işini çətinləşdirə biləcək iki amil var: Bakıya uzun səfər və Lamin Yamalın yoxluğu. Futbol baxımından proqnozum budur ki, “Barselona” meydanda üstünlüyə malik olacaq, çoxsaylı qol imkanları yaradacaq, “Sabah” isə əks-hücumlarla rəqibin müdafiəsindəki boşluqlardan yararlanmağa çalışacaq. Mənim proqnozum “Barselona”nın 3:1 hesablı qələbəsidir. Bununla belə, nəticə ilk 30 dəqiqədə komandaların qol imkanlarından nə dərəcədə səmərəli istifadə etməsindən də asılı olacaq.

- Azərbaycan futbolu ilə bağlı hansı məlumatlara sahibsiniz?

- Azərbaycan futbolu İspaniyadan göründüyündən daha maraqlıdır. Fikrimcə, hazırda inkişaf etməkdə olan bir futbol bazarından danışırıq. Bəzi klublara yatırılan investisiyalar, beynəlxalq arenada tanınmaq istəyi və futbol infrastrukturunun inkişafı istiqamətində atılan addımlar diqqət çəkir. Bununla yanaşı, Azərbaycan futbolunun hələ də böyük inkişaf potensialı var.

- Hansı azərbaycanlı futbolçuları tanıyırsınız?

- Mahir Emreli, Emin Mahmudov, Elvin Cəfərquliyev və Toral Bayramovun adlarını qeyd edə bilərəm.

- Sizcə, azərbaycanlı futbolçular İspaniya çempionatında çıxış edə bilərlər?

- Hesab edirəm ki, bəzi azərbaycanlı futbolçular fərdi keyfiyyətlərindən asılı olaraq İspaniya La Liqasında, eləcə də Birinci Liqada oynamaq potensialına malikdirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Noyabr 2026 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see376

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see288

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see278

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see266

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see266

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see263

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see255

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see243

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see241

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see236

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see228

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see227

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see226

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see219

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see214

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see205

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri