Aftandil Hacıyev: “Benfika” kimi rəqiblərlə matçlarda nəticəni deyil, uşaqların təcrübə qazanmasını üstün tuturuq
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 18 sentyabr, AZƏRTAC
İlk dəqiqlərdən “Benfika”ya qarşı start həyəcanını boğa bilmədik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ” Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev U-19 komandasının UEFA Gənclər Liqasının I turunda səfərdə Portuqaliya təmsilçisi “Benfika”ya 1:7 hesabı ilə məğlub olduğu oyun barədə danışarkən deyib.
Mütəxəssis Lissabon klubunun güclü kollektiv olduğunu bildirib: “Deyərdim ki, “Benfika”nın akademiyası dünyanın ən yaxşılarından biridir. Meydanda səviyyə fərqi də öz sözünü dedi. Matça yaxşı başlamadıq. Lakin ikinci hissədə müdafiədə daha intizamlı oynadıq. Bizim də qol şanslarınmız oldu. Bu cür matçlarda nəticəni deyil, uşaqların təcrübə qazanmasını üstün tuturuq”.
A.Hacıyev Danimarka təmsilçisi “Kopenhagen”lə keçirəcəkləri II tur görüşü haqqında da fikirlərini bölüşüb: “Rəqib barədə informasiya toplamağa çalışırıq. Düzünü desəm, aşağı yaş qruplarından ibarət komandalar haqqında məlumat almaq çətindir. Amma onları yaxşı təhlil edib, evdə uğurlu nəticə əldə etmək istəyirik”.
Qeyd edək ki, “Qarabağ” “Kopenhagen”lə oktyabrın 1-də üz-üzə gələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 18 Sentyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















