Icma.az
close
up
RU
“Ağ adam”ın nağılı

“Ağ adam”ın nağılı

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Onun adı hər çəkiləndə, nədənsə, öncə yadıma yazıçı dostum Meyxoş Abdullahın “Saçlarından asılan qız...” hekayəsi düşür. Yuxuda gələcək sevgilisini qıyıq gözlü ağ div qismində görən balaca Xatirə bunu anasına danışır: “Məni sinəsi bərabəri qaldırıb, saçlarımdan ürəyinə sancılmış mıxdan asaraq: – Mən səni yaralı qəlbimdən asıram, ey adam... Mənim bu param-parça olmuş qəlbimə bir sakitlik gətir!.. – dedi. – Mən onun ürəyindən asılı qalmışdım, ana... Mənim taleyim necə olacaq?!” Anası Xatirəyə deyir: “Sən böyü, qızım, o ağ div özü gəlib səni tapacaqdır”.

Real həyatdan götürülmüş bu hekayənin qəhrəmanları ədəbi mühitdə çox tanınan, hamının Givi dediyi albinos gürcü şair Giya və azərbaycanlı rəssam Xatirə Paçxataşvililərdir. Hər ikisi ilk ömür dostlarını itirib və indi birgə, mehriban ailə həyatı yaşayır, necə deyərlər, əl-ələ verib həyata meydan oxuyurlar.

Görmə əngəlli ağ adam – Azərbaycan və gürcü xalqları arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsində səmərəli fəaliyyət göstərən şair-tərcüməçi Giya Paçxataşvili müasirləri arasında haqqında ən çox bioqrafik-təhlili məqalə, esse, şeir və bütöv kitablar yazılan qələm sahibidir. Özünün 10 bədii-publisistik və 65-ə yaxın tərcümə kitabı çıxıb. Haqqında isə çoxsaylı sənədli filmlər çəkilib, oçerklər yazılıb, kitablar nəşr olunub.

Ötən ilin dekabrında Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar Birliyinin üzvü Giya Paçxataşviliyə həsr edilmiş növbəti əsərin – “Azərbaycan ədəbiyyatında Giya Paçxataşvilinin yeri” adlı kitabın təqdimatı oldu. Tədbirdə iştirak edən söz və sənət adamları Rəşad Məcid, Əsəd Cahangir, Rəfail İncəyurd, Hafiz Rüstəm, Xəyal Rza, Xatirə Fərəcli, Eldost Bayram, Nazir Rüstəmov, İbrahim İlyaslı, Tamxıl Ziyəddinoğlu və başqaları Giyanın həyat və yaradıcılığından, insani keyfiyyətlərindən, dünyaya özəl baxışından da söz açıb, onun bədii portreti olan kitabın məziyyətlərini qeyd etdilər. Kitabın müəllifləri Qənbər Ağayev və Nizami Tağısoy, eləcə də tərtibatçı rəssamı Sehran Allahverdi də ürək sözlərini söylədilər. Yekun qənaət bu oldu ki, həqiqətən də, Giya Paçxataşvilinin Azərbaycan ədəbiyyatında öz yeri var.

Undi isə, budur, daha 2 kitab – Givınin yenicə çapdan çıxmış “Doğum şəhadətnaməsi” və haqqında yazılan “Givinin Qarabağnaməsi” Məhərrəmlilərin söz yükündə” əsərləri qarşımdadır. Şair dostumuz Nurafizin ön sözü ilə başlanan 1-ci kitab Azərbaycanın gürcü oğlunun son illərdə qələmə aldığı şeirlərdən ibarətdir. Bu sadə dilli, təbii şeirlərin arasında Vətənə və onun yurdsevər övladlarına həsr olunanlar xüsusilə seçilir. “Azərbaycan bayrağı”, “Vətən”, “Mübariz İbrahimova”, “28 may”, “44 günlük müharibə”, “Şəhid bulaqları”, “20 yanvar”, “Bakı – Qroznı uçağı”, “Qara qutu” və s. bu qəbildəndir.

Bəzəyir göyü, yeri
Vətənpərvərlər piri.
Zamanın ürək şeiri,
Həqiqətin yarağı –
Azərbaycan bayrağı!

Yazının əvvəlində Givi ilə Xatirənin birgə fədakar və mehriban həyatından söz açmışdıq. “Doğum şəhadətnaməsi” kitabında şairin ömür-gün dostuna yazdığı etiraf dolu poetik nümunələri də sevə-sevə oxuduq. Müxtəlif dövrlərdə qələmə aldığı “Can-can”, “Sən–mən”, “Mübarək”, “Qoru”, “Sən gələli”, “O –sənsən”, “Xəstəxana zarafatı”, “Xatirə – 45”, “Doğum günün”, “Yenə sənə” və digər orijinal ruhlu şeirlərini Xatirə xanıma həsr edib:

Givinin ən böyük varı,
Yeni ömrünün memarı.
Ürəyinin şah damarı,
Xatirəm, o – sənsən...

Şairin 2021-ci ildə işıq üzü görmüş “Givinin Qarabağnaməsi” kitabında toplanan bədii nümunələr isə mayasını Vətənin bütövlüyünün təmin olunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məramından tutub. Qarşımdakı 2-ci kitabda onun qələm dostları Zemfira və Qiymət Məhərrəmlilər məhz “Givinin Qarabağnaməsi” haqqında duyğu və düşüncələrini sevgi ilə təqdim ediblər. Qanlı münaqişənin nə qədər soydaşımızın ömrünə balta çaldığını, körpələri ata-anasız qoyduğunu vurğulayan şair illər idi ki, fəryad qoparırdı, nəhayət, Vətən müharibəsi Böyük Qələbəmizlə sona yetdi. “Qarabağ – xalqımın qeyrət damarı” cana gəldi. Şair dedi:

Mətinlik, qətiyyət – ən böyük silah,
Onu bərk saxlayın, verməyin əldən.
Bizim işimizə şərikdi Allah!
Quran ayəsidir, torpaq əzəldən.

Bu yerdə akademik Nizami Cəfərovun sözləri yada düşür: “Mən şairlərimizin çox kitabını oxumuşam. Bəzilərinin bir şeirində neçə səhv tapıramsa, Givinin hər hansı bir kitabında bir səhvə belə rast gəlmirəm. Azərbaycan dilini öyrənmək istəyənlər, qoy, Givinin əsərlərini oxusunlar.” Şair-rəssam Sehran Allahverdi isə deyib: “Givinin rəsmini çəkmək daha xoş gəlir mənə. Dəfələrlə onun semiabstrakt və ya sürrealist xarakterli rəsmlərini çəkmişəm. Givi insandan daha çox ruhdur, onu duymaq asan, ifadə etmək çətindir.”

Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Aprel 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see408

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see371

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see351

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see338

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see330

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see299

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see263

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see258

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see252

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see238

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see226

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see193

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see184

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see180

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see178

2027 ci ildə həyatını dəyişəcək və qəfil varlanacaq bürclər

19 Avqust 2026 00:02see177

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see175

Türkiyədə keçmiş nazirin məzarı açılacaq ŞÜBHƏLİ ÖLÜM

19 Avqust 2026 02:05see167

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see165

Əlbəttə, pley off mərhələsi xüsusi həyəcan doğurur Valdas Dambrauskas

19 Avqust 2026 01:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri