Icma.az
close
up
RU
Ağ çörək təhlükəsi: 5 10 ilə əksəriyyət şəkər xəstəliyindən əziyyət çəkəcək

Ağ çörək təhlükəsi: 5 10 ilə əksəriyyət şəkər xəstəliyindən əziyyət çəkəcək

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər gün xəstəliklərə israrla, həm də xeyli sayda dəvət göndərir, nəticədə ölümü yaxınlaşdırırıq

“Bərəkətdir”, deyib, öpüb gözümüzün üstünə qoyduğumuz çörək əcəlimizə çevrilib. Söhbət market rəflərini dolub-daşıran “əla növ” buğda unundan hazırlanmış çörəklərdən gedir. Zatən, başqası da yoxdu. Üzərinə “kəpəkli”, “mayasız” yazılan çörəklərin hazırlanmasında istifadə olunan inqridiyentlər arasında duz, maya, qlüten də var. Qlüten isə ziyanlı maddədir. Deməli, hər gün çörək istehlak etməklə, xəstəliklərə israrla, həm də xeyli sayda dəvət göndərir, nəticədə ölümü yaxınlaşdırırıq. Son illərdə mütəxəssislər ağ çörəyin həddindən artıq istehlakının sağlamlıq üçün ciddi risklər yaratdığını vurğulayırlar. Ağ çörək, az qida dəyərinə malik olduğuna görə əsasən aclığı yatırtmaq üçün istifadə edilir. Lakin onun müntəzəm istehlakı çəki artımı, piylənmə, diabet və ürək-damar xəstəlikləri kimi problemlərə səbəb ola bilər.  e-saglam.az xəbər verir ki, ağ çörək yüksək karbohidrat tərkibinə malikdir və artıq kalori yığılmasına səbəb olaraq çəkiyə nəzarəti çətinləşdirir. O, həmçinin bədənə vacib vitamin və mineralları vermədiyi üçün qida çatışmazlığı yaradır. Şəkərli diabet xəstələri üçün isə bu çörək xüsusilə təhlükəlidir, çünki qan şəkərinin səviyyəsini sürətlə artırır.


Qida məsələləri üzrə ekspert Ağa Salamov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, duz, şəkərlə yanaşı ağ çörək də “ağ ölüm” hesab edilir: 

- İlk növbədə qeyd edim ki, çörəyin hazırlanması üçün istifadə olunan əksər qatqılar standartlara uyğun deyil. Çörək daha ağır çəkiyə malik olsun deyə, xəmirə maya həddindən artıq miqdarda vurulur. Bəzən çörəklər tam bişməmiş satışa çıxarılır. İstehsal prosesində keyfiyyətsiz, istifadə müddəti bitmiş qatqı maddələrindən istifadə edilir. Ona görə də çörəklərdə kif göbələkləri aşkarlanır. Uzun müddət saxlanılan çörəyin kiflənməsi sağlamlıq üçün risk yaradır. Allergik reaksiyalara, həzm problemlərinə və daha ciddi xəstəliklərə səbəb ola bilər. Bu səbəbdən kiflənmiş çörəyi istehlak etmək məsləhət görülmür. Ağ çörək yerinə tam buğda çörəyinə üstünlük vermək qidalanmanı daha balanslı hala gətirir. Sağlam həyat üçün çörək istehlakını nəzarətdə saxlamaq və daha qidalı seçimlərə yönəlmək vacibdir. İkincisi, istehsal prosesində çörəyin kimyəvi çirklənməyə məruz qalması da adi hal alıb. Ona görə də bəzən çörəklər sabun, ətir dadı verir, çörəklərdən xoşagəlməz qoxu gəlir. Problem təkcə çörəyin istehsalında  deyil, daşınmada da problem var, rəflənmədə də. Çörəklər antisanitar vəziyyətdə daşınır, çörəyi satış mərkəzlərinə təhvil verənlər xüsusi əlcəklərdən istifadə etmir, çörəklər daşınmada da çirklənməyə məruz qalır. Söhbət açıq halda satışa çıxarılanlardan gedir. Dəfələrlə bildirmişik ki, çörək, un məmulatları mağaza və marketlərdə xüsusi qoxusu olan mallardan kənardakı rəflərə yerləşdirilməlidir. İyli, qoxulu məhsullarla təmas olmamalıdır. Amma yenə də eyni nöqsanlar təkrarlanır. Rəflərdə çörəklərin üzəri şəffaf örtüklə örtülməlidir. Bu, yoxdur və hər müştəri bir neçə çörəyə əl vurur, nəhayət birini götürür. Marketlərdə havalandırma sistemində problem olduqda da çörək kimyəvi məhsulların ətrini canına çəkir. Marketlərin özündə kimyəvi, fiziki, bioloji çirklənmə halları baş verir. Bütün bu amillər nəticədə hər birimizin keyfiyyətsiz çörəklə təminatına yol açır. Üçüncüsü, hazırda daha çox “əla növ” undan hazırlanmış çörəklər satışa çıxarılır. Məsələn, II növ buğda unundan bişmiş çörəklərə demək olar, rast gəlinmir. Qara un ümumiyyətlə, istifadə olunmur. Halbuki, ən sağlam qida məhz budur. 

Mütəxəssis ağ unun niyə təhlükəli olduğunu izah etdi: 

- Buğda dəyirmanda üyüdülərkən kəpək və rüşeym qismi ondan ayrılır və əla növ un əldə edilir. Bu zaman buğdanın qida dəyəri aşağı düşür. Buğdadan ayrılan o hissə ki var, o, ən xeyirli hissəsidir, onun tərkibində xərçəng əleyhinə maddə var, amma üyüdülmə zamanı o məhv olur və biz buğdanın faydasından yararlana  bilmirik. Bundan başqa, unun tərkibində olan vitamin və minerallar da itir, “ölür”. Nəticədə çörəyin özü “ağ ölüm”ə çevrilir. Sağlam orqanizmə gün ərzində zülal, karbohidrat, lif və digər maddələr lazımdır. Lakin ağ un boş karbohidrat olduğu üçün insan orqanizminə ziyandır. Kəpək və rüşeym qismindən ayrılan undan hazırlanan çörək özündə heç bir vitamin ehtiva etmir. Ağ undan hazırlanmış çörək ürək qan-damar sisteminin sıradan çıxmasına, qan dövranının pozulamsına, qara ciyərin yüklənməsinə, mədəaltı vəzin funksiyasını itiriməsinə, piylənmə, qəbizlik kimi problemlərin əmələ gəlməsinə səbəb olur. Arpa, buğda, çovdar kimi bütün dənli bitkilərdə iki zülal qliodin və qlüten var. Qliodin çörəyin qabarmasında, qlüten isə çörəyə xüsusi elastiklik verməyə kömək edir. Qeyd edim ki, qlüten allergiya və mədə-bağırsaq problemləri olan, hətta sağlam insanlara belə çox ziyandır. Ən yaxşısı tam buğda və çovdar ununun qarışığından bişirilən çörəkdir. Amma indi kim bunu edə bilir, birincisi, tam buğda unu, çovdar unu yoxdur, ikincisi də, olsa belə, onu tək-tük adam hazırlaya bilər. Bizim ta qədim zamanlardan sahibi olduğumuz və bizə faydalı olan məişət ənənələrimiz itib gedib. Onların yerini dəzgahlar, ağardılan unlar, şişirdilən, “havalı” çörəklər tutub. İndi kim əl dəyirmanından istifadə edir? Kənd yerlərində də unu hazır alıb çörək bişirirlər. 

Mütəxəssis qeyd etdi ki, çörək insan orqanizminə lazım olan qidadır. Amma keyfiyyətlidirsə: 

- İnsan orqanizminə lif lazımdı, bu da dükanda qiyməti artırılıb satılan ağ çörəkdə qəti yoxdur. Çünki o, rüşeymdən ayrılıb. Bu da insan orqanizmində lifin çatışmazlığına gətirir. Orqanizmdə lif çatışmazlığı son zamanlar insanlarda aqressiya və əsəb yaradıb. Bunun üçün mütləq tam buğda və çovdar ununun qarışığından hazırlanan çörək yemək lazımdır. Ən sağlam un əl dəyirmanında üyüdüləndir. Yaxud bir balaca buğdanı cücərdib, onu ət maşınından çəkib çörək hazırlamaq olar. Bu həm çox dadlı, həm də çox faydalıdır. 

Mütəxəssis xatırlatdı ki, buğdanın geni ötən əsrin 60-cı illərində dəyişib: 

- Dünya Səhiyyə Təşkilatının məlumatında qeyd edilir ki, 1945-61-ci il aclığından sonra ABŞ buğdanın məhsuldarlığını artırmaq üçün gen modifikasiyasını dəyişib. Bunun üçün hibrit və digər üsullardan istifadə ediblər. Yəni bu gün geniş istifadədə olan buğda unu genetik modifikasiya olunmuş buğdadan əldə ediləndir. Genetik modifikasiya nəticəsində buğdanın qida dəyəri aşağı düşüb və nişasta hissəsi artır. Son illərdə diabet, piylənmə və nazik bağırsağın iltihabı xəstəliklərinin artmasının bir səbəbi də budur.   

A.Salamov bildirdi ki, təhlükəni azaltmaq üçün ağ çörəkdən mümkün qədər az istifadə edilməlidir. Gün ərzində yalnız səhər və axşam yeməyi zamanı 1 dilim istifadə etmək lazımdır. Çörəyi qızardıb yemək də faydalıdır, çünki belədə tərkibində olan zərərli maddələr və kalori azalır. Ağ çörək çox istehlak olunursa, həzm prosesi, maddələr mübadiləsi pozulur və insanda bağırsaq keçməzliyi yaranır. Bundan başqa, artıq miqdarda istifadə köp, şişkinlik və əzələlərdə spazm əmələ gətirir. Ən yaxşısı yulaf, qarabaşaq unundan istifadə etməklə üzərinə kətan, çörək otu, küncüt toxumları, günəbaxan tumu əlavə etməklə faydalı, keyfiyyətli çörək hazırlamaq olar. Ümumiyyətlə, kətan toxumu, küncüt, qara çörək otu, balqabaq tumu çox xeyirlidir. Çörək bişirmə prosesində ədviyyatlardan istifadə edilməlidir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Mart 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri