Ağ Ev: 2 aprel Amerika tarixinin ən mühüm günlərindən biri kimi tarixə düşəcək Amerikalıların qarət edildiyi günlər arxada qalacaq
Icma.az bildirir, Mia.az portalına istinadən.
"2 aprel 2025-ci il Amerika tarixinin ən mühüm günlərindən biri olacaq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Karolin Leavitt mətbuat brifinqində deyib.
O, sabahdan qüvvəyə minəcək ikitərəfli tariflərə toxunaraq, bildirib ki, ABŞ bir çox ölkə tərəfindən gömrük vergiləri baxımından ədalətsizliklə üzləşib: "Bu vəziyyət Donald Trampın vəzifəyə gəlməsi ilə dəyişir. Bundan sonra ABŞ-a tətbiq edilən gömrük rüsumu qədər hər ölkəyə eyni miqdarda vergi tətbiq olunacaq. 2025-ci il aprelin 2-si müasir Amerika tarixinin ən mühüm günlərindən biri kimi keçəcək. Ölkəmiz dünyanın ən açıq iqtisadiyyatlarından biri olub və biz ən yaxşı istehlak bazasına malikik. Buna baxmayaraq, bir çox xarici bazarlar ixracımız üçün bağlı qalır. Bu, həqiqətən ədalətsizlikdir. Lakin artıq bu, dəyişir. Sabahdan etibarən amerikalıların qarət edildiyi günlər arxada qalacaq"
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 01 Aprel 2025 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















