Azərbaycan banklarının da əvvəl axır bu tələblərə uyğunlaşması zərurət idi Əkrəm Həsənov
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) yerli banklara kapitalını Bazel III standartlarına uyğunlaşdırmaq üçün 1 il vaxt verib. Bazel III standartları Azərbaycanda yeni tətbiq olunub. Əslində, beynəlxalq bank sektorunda Bazel I və Bazel II standartları mövcud olub, ardıcıl olaraq qəbul olunub və tətbiq edilib. Hazırda isə Bazel III standartları qüvvədədir və Azərbaycan bank sistemi də mərhələli şəkildə bu standartlara uyğunlaşdırılıb. Bazel III standartları əsasən bankların kifayət qədər kapitala malik olmasını nəzərdə tutur ki, onların qarşısında duran risklər – kredit, bazar və əməliyyat riskləri – effektiv şəkildə idarə olunsun. Bu standartlar dünyada bir çox ölkələrin bank sistemində artıq tətbiq olunub və Azərbaycan banklarının da əvvəl-axır bu tələblərə uyğunlaşması zərurət idi”.
İqtisadçı-ekspert Əkrəm Həsənov bu 525.az-a bildirib. O vurğulayıb ki, Bazel III standartlarına riayət etməyən banklara isə 1 il müddətində uyğunlaşmaq üçün vaxt verilib. Bu müddət ərzində standartlara əməl etməyən banklar üçün bir sıra tədbirlər nəzərdə tutulur:
“Ən sərt tədbir bankın bağlanması ola bilər. Amma bu son həddir. Alternativ olaraq, həmin bank digər sağlam banklarla birləşdirilə və ya satıla bilər”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 09 Yanvar 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















