Ağ Ev: İranla danışıqlar hələ də davam edir
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ və İran nümayəndələri arasında Pakistanın vasitəçiliyi ilə keçirilən konsultasiyalar 15 saatdan artıqdır ki, fasiləsiz davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev nümayəndəsi jurnalistlərə açıqlama verib.
Məlumata görə, İslamabad şəhərində aparılan danışıqlar artıq 15 saatı keçib və proses hələ də başa çatmayıb. ABŞ administrasiyasının mətbuat xidmətindən bildirilib ki, 15 saatdır və bu hələ son deyil. Lakin danışıqların hansı səviyyədə aparıldığı barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl İran tərəfi Pakistanın vasitəçiliyi ilə keçirilən danışıqların 14 saatdan sonra başa çatdığını bildirmişdi. İran rəsmilərinin açıqlamasına görə, tərəflərin texniki qrupları hələ də material mübadiləsi aparır və fikir ayrılıqları qalmasına baxmayaraq, dialoq davam etdirilir.
Eyni zamanda Fars xəbər agentliyi məlumat yayıb ki, danışıqlar prosesi 12 apreldə də davam etdiriləcək və tərəflər bir sıra məsələlər üzrə hələ razılığa gələ bilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 12 Aprel 2026 04:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















