Uşaq bağçalarında oğlanlar üstünlük təşkil edir
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqların sayı və təhsil sistemində müəllimlərin cins bölgüsü üzrə son statistik göstəricilər açıqlanıb.
“Yeni Sabah” rəsmi məlumatlara əsasən xəbər verir ki, 2026-cı ilin əvvəlinə məktəbəqədər təhsil müəssisələrində uşaqların ümumi sayında oğlanlar üstünlük təşkil edir. Belə ki, bağçalarda 61,9 min nəfər oğlan və 54,9 min nəfər qız tərbiyə alır. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin əvvəlində bu göstərici 61,4 min oğlan və 53,6 min qız, 2024-cü ildə 61,6 min oğlan və 54,7 min qız, 2020-ci ildə isə rekord səviyyədə – 68,6 min oğlan və 60,2 min qız olaraq qeydə alınıb.
2025-2026-cı tədris ilinin əvvəlinə olan göstəricilərə görə isə dövlət və qeyri-dövlət təhsil müəssisələrində müəllimlərin (əsas heyət) mütləq əksəriyyətini qadınlar təşkil edir. Dövlət ümumi təhsil müəssisələrində müəllimlərin 83%-i qadın, 17%-i kişi, qeyri-dövlət ümumi təhsil müəssisələrində isə 87%-i qadın, 13%-i kişidir. Dövlət orta ixtisas təhsili müəssisələrində qadın müəllimlər 78% (kişilər 22%), qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində isə 77% (kişilər 23%) təşkil edir. Ali təhsil müəssisələrində də analoji vəziyyət müşahid olunur; dövlət ali təhsil müəssisələrində müəllimlərin 61%-i qadın, 39%-i kişi, qeyri-dövlət ali təhsil müəssisələrində 60%-i qadın, 40%-i kişidir. Peşə təhsili müəssisələrində isə müəllimlərin 66%-i qadınların, 34%-i isə kişilərin payına düşür. Sezar pizza
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 27 Oktyabr 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















