Ağ Ev: İranla danışıqlarda kiçik irəliləyiş var
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ və İran arasında danışıqlarda kiçik irəliləyiş qeydə alınıb, lakin iki tərəf hələ də razılığa gəlməkdən uzaqdır.
Moderator.az-ın məlumatına görə, Ağ Evin mətbuat katibi Kerolayn Livitt bunu jurnalistlər üçün ənənəvi brifinqində bildirib.
"Dünən kiçik irəliləyiş oldu. Lakin bəzi məsələlərdə hələ də çox uzaqdayıq", - o, Cenevrədə İran və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqlara toxunaraq deyib.
"Mənim bildiyimə görə, iranlılar yaxın bir neçə həftə ərzində bəzi detallarla qayıdacaqlar. Buna görə də Prezident (ABŞ) hadisələrin necə inkişaf etdiyini izləməyə davam edəcək", - o, qeyd edib.
O, həmçinin qeyd edib ki, İrana zərbə endirilməsinin lehinə bir çox arqumentlər var: "Lakin Prezident Tramp diplomatiyaya üstünlük verir. İranın saziş bağlamaq ağıllı olardı".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 18 Fevral 2026 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















