Icma.az
close
up
RU
Ağ Ev Netanyahuya xəbərdarlıq edib

Ağ Ev Netanyahuya xəbərdarlıq edib

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az Amerikanın “Axios” portalına istinadən xəbər verir ki, Vaşinqton münaqişənin uzadılmasının İsrailin beynəlxalq təcridini daha da artıra biləcəyi barədə xəbərdarlıq edib.
Portalın məlumatına görə, belə mövqe Nyu-Yorkda ABŞ prezidentinin nümayəndəsi Stiven Uitkoff, Trampın kürəkəni Cared Kuşner, Netanyahu və İsrailin Strateji Planlaşdırma naziri Ron Dermer arasında keçirilən görüşdə səsləndirilib.
“Ağ Ev Netanyahuya çatdırıb ki, müharibənin davam etdirilməsi İsraili daha da təcrid edəcək, ona son qoyulması isə əks effekt verəcək. ABŞ administrasiyası Fələstin anklavında münaqişəyə son qoymaq üçün Trampın planını İsrailin baş nazirinin dəstəkləməsi üçün fəal şəkildə çalışır”, - mənbəyə istinad edən portal yazır.
Bu planı və Qəzza zolağında gələcək addımları müzakirə etmək üçün Netanyahu ilə Amerika lideri arasında görüş bazar ertəsinə planlaşdırılır.
Dünən isə Donald Tramp Ağ Evdə jurnalistlərə İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcəyini deyib.
- Mən İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcəyəm. Bəsdir. Artıq dayanmaq vaxtıdır. Bu məsələni Netanyahu ilə birbaşa müzakirə etmişəm”, - ABŞ prezidenti vurğulayıb.
“Axios”un fikrincə, Trampın bu cür publik açıqlamaları yəqin ki, Netanyahunun ilhaq planlarının üstündən xətt çəkir.
Portal xatırladır ki, Amerika lideri sentyabrın 24-də Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya, İndoneziya və Pakistan liderləri və yüksək vəzifəli rəsmiləri ilə görüşdə onlardan Qəzza zolağında müharibəni dayandırmaq planını dəstəkləməyi xahiş edib.
Bunun qarşılığında ərəb liderləri bir sıra şərtlər, o cümlədən İsrailin İordan çayının qərb sahilinin bir hissəsinin və anklavın ilhaqından əl çəkməsi tələbini, irəli sürüblaər. “Axios” qeyd edir ki, Tramp İsrailin bu cür planları həyata keçirmək cəhdlərinin qarşısını almaq niyyətində olduğunu açıq şəkildə bildirib.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azvision.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri