Icma.az
close
up
RU
Ağ Ev Tiflisi “gözdən çıxarıb”

Ağ Ev Tiflisi “gözdən çıxarıb”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Gürcüstanla münasibətlərini yenidən nəzərdən keçirmək qərarına gəlib.

ABŞ Konqresinin Xarici İşlər Komitəsinin nümayəndələri yanvarın 28-də Tbilisidə səfərdə olublar. Səfər zamanı ABŞ rəsmiləri Gürcüstan hökumətinin aparat rəhbəri Levan Jorjoliani görüşüblər. Gürcüstan mediasının məlumatına görə, görüşdə Gürcüstan və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər diqqət mərkəzində olub.

Eyni zamanda, Gürcüstanda gedən proseslər, hökumətin ölkənin iqtisadi artımını təşviq etmək üçün atdığı addımlar və gələcək planları, həmçinin korrupsiyaya qarşı mübarizə tədbirləri ilə bağlı məsələlər də müzakirə edilib. Qarşılıqlı müzakirələrdə Gürcüstan-ABŞ münasibətlərinin və strateji tərəfdaşlığın möhkəmlənməsinin zəruriliyinə dair məsələyə də toxunulub.

Qeyd edək ki, son iki ildir ki, ABŞ-Gürcüstan münasibətlərində soyuqluq yaşanır. Gürcüstan ABŞ-nin Cənubi Qafqazda strateji tərəfdaşı hesab olunsa da, ikitərəfli münasibətlərdə əvvəlki ab-hava müşahidə olunmur. Bu yaxınlarda Tramp administrasiyası tərəfindən Davosda təşkil olunan “Beynəlxalq Sülh Şurası”nın təsis edilməsi mərasiminə üç Cənubi Qafqaz ölkəsindən yalnız ikisi -  Azərbaycan və Ermənistanın dəvət olunması onu deməyə əsas verir ki,  ABŞ-Gürcüstan münasibətlərində hələ də müəyyən problemlər yaşanmaqdadır. 

Maraqlıdır, Vaşinqtonun Gürcüstanı diqqətdən kənarda saxlamasının, xüsusilə də “Beynəlxalq Sülh Şurası”na dəvət etməməsinin arxasında hansı səbəblər dayanır? 

Məsələ ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, bəzi səbəblərdən dolayı ABŞ-Gürcüstan münasibətlərində problemlər var:

“Münasibətlər əvvəlki dövrlərdə çox yüksək səviyyədə olub, hətta belə desək, Gürcüstan ABŞ-nin Cənubi Qafqazda strateji tərəfdaşı olub. Saakaşvilinin dövründə ABŞ və Gürcüstan bir-birinə çox yaxın olub, amma İvanişvili hakimiyyətə gələndən sonra  inkişaf tempi müəyyən qədər səngiməyə başladı.

Saakaşvilidən sonrakı Gürcüstan hakimiyyətinin ABŞ-nin müxtəlif layihələrində iştirakına baxmayaraq, iki ölkə arasında əvvəlki kimi yaxınlıq  müşahidə olunmurdu. Önəmli bir məqamı qeyd edim ki, 2024-cü ilin mayında Gürcüstan parlamentində “xarici agentlər haqqında, yəni  ölkədə qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşdirilməsinin qarşısının alınmasına yönələn qanun qəbul edildikdən sonra ABŞ-Gürcüstan münasibətlərində ciddi dəyişikliklər baş verməyə başladı. Xüsusilə də Bayden administrasiyası dövründə bu, daha çox özünü qabarıq göstərirdi. Baydenin dövründə Gürcüstanın ABŞ ilə münasibətləri bir qədər soyudu”.

A. Əlizadə vurğulayıb ki, Gürcüstan hakimiyyəti ABŞ ilə münasibətləri normallaşdırmaqda maraqlıdır:

“Donald Tramp Ağ Evə qayıtdıqdan sonra Gürcüstan hakimiyyəti ABŞ ilə münasibətlərin yenidən inkişaf edəcəyinə ümid edir. Tbilisi ikitərəfli münasibətlərin normallaşmasında qarşılıqlı addımların atılmasında maraqlıdır. Ancaq Gürcüstanın istəməsinə baxmayaraq, hadisələrin gedişatı tam fərqli vəziyyəti nümayiş etdirir. Məlumdur ki, Trampın Beynəlxalq Sülh Platformasına üzvlük üçün dəvət olunan 60 ölkə arasında Azərbaycan və Ermənistanın adı olsa da, Gürcüstanın adı yox idi. Onu da bildirim ki, fevral ayında ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin Azərbaycan və Ermənistana rəsmi səfəri gözlənilir. Gürcüstan isə Vensin səfər planına daxil edilməyib. Bütün bunlar, təbii ki, Gürcüstan hakimiyyətini məyus edir.

Rəsmi Tbilisi ABŞ ilə münasibətləri üst səviyyəyə qaldırmaqda maraqlı olsa da, habelə Trampın mühafizəkar mövqeyinə uyğun siyasət yürütsə də, hələ ki, münasibətlərin normallaşması istiqamətdə müsbət proseslər müşahidə olunmur. Gürcüstanın Rusiya ilə yaxın münasibətlər qurmağa çalışması da ABŞ-Gürcüstan münasibətlərinə təsir edən amildir”.

Deputat əlavə edib ki, Gürcüstan müxalifəti də bu məsələdə xüsusi rol oynayır:

“Gürcüstanın sabiq prezidenti Salome Zurabişvilinin Trampın andiçmə mərasmində iştirak etməsi Gürcüstan hakimiyyətində ciddi narahatlıq yaratmışdı. Amma istənilən halda ABŞ Cənubi Qafqazda geostrateji və geosiyasi mövqeyini möhkəmləndirməkdə maraqlı görünür. Hesab edirəm ki, Tramp administrasiyası dövründə Azərbaycan və Ermənistanla yanaşı ABŞ-nin Gürcüstanla münasibətlərinin normallaşması istiqamətində də addım atılacaq”. 

Yunis Abdullayev
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Yanvar 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri