Ağ Ev: Tramp və Putin İranın heç vaxt İsraili məhv edəcək mövqedə olmaması fikrini bölüşüblər
Icma.az bildirir, Apa.az portalına istinadən.
Donald Tramp və Vladimir Putin telefon danışığı zamanı İranın heç vaxt İsraili məhv edəcək mövqedə olmaması fikrini bölüşüblər.
APA xəbər verir ki, bu barədə Ağ Evin liderlərin telefon danışığından sonra yaydığı bəyanatında bildirilib.
Qeyd olunub ki, hər iki prezident potensial əməkdaşlıq regionu olan Yaxın Şərqdə gələcək münaqişələrin qarşısının alınması ilə bağlı ətraflı müzakirə aparıblar.
Vurğulanıb ki, söhbət zamanı strateji silahların yayılmasının dayandırılmasının zəruriliyi də müzakirə edilib.
"İki lider İranın heç vaxt İsraili məhv edəcək mövqedə olmaması fikrini bölüşüblər", - bəyanatda qeyd edilib.
İki lider ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yaxşı olacağı bir gələcəyin böyük üstünlüklərə malik olacağında razılaşıblar. Bura sülhə nail olunduğu zaman nəhəng iqtisadi sövdələşmələr və geosiyasi sabitlik daxildir”, - bəyanatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 18 Mart 2025 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















