Icma.az
close
up
RU
Ağ Ev Trampın Kim Çen Inla görüşməyə hazır olduğunu elan edib

Ağ Ev Trampın Kim Çen Inla görüşməyə hazır olduğunu elan edib

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya dövlət başçısı Kim Çen Inla ilkin şərt olmadan danışıqlar aparmağa hazırdır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Rəsmi xatırladıb ki, ilk səlahiyyət müddətində Tramp Şimali Koreya lideri ilə üç dəfə görüşüb və bu, “Koreya yarımadasında vəziyyətin sabitləşməsinə” kömək edib. Agentliyin mənbəsinin sözlərinə görə, o vaxtdan bəri ABŞ-ın Şimali Koreya ilə bağlı siyasəti dəyişməyib. “Prezident Tramp heç bir şərt qoymadan Kim Çen Inla dialoqa açıqdır”, - deyə adı açıqlanmayan rəsmi bildirib.

Qeyd edilir ki, Ağ Ev ilk dəfədir ki, Amerika prezidentinin ilkin şərtlər tələb etmədiyinə aydınlıq gətirir.

Bundan əvvəl Cənubi Koreya rəsmisi Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Cənubi Koreyanın Kyoncu şəhərində keçirilən sammiti zamanı Donald Tramp və Kim Çen In arasında görüş ola biləcəyini istisna etməyib. APEC sammiti oktyabrın 31-dən noyabrın 1-dək Cənubi Koreyanın cənub-şərqində keçiriləcək.

Cənubi Koreya mediası Trampın 2019-cu ildə olduğu kimi Cənubi Koreya-Şimali Koreya sərhədində Kim Çen Inla yenidən görüşə biləcəyini irəli sürür.

Sentyabrın 20-21-də Ali Xalq Assambleyasının növbəti sessiyası zamanı Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, ABŞ prezidenti Donald Trampla şəxsi təmasları ona Ağ Ev rəhbəri ilə bağlı “yaxşı xatirələr” qoyub.

Avqustun 25-də Cənubi Koreya prezidenti ilə görüşü zamanı Donald Tramp bu il Şimali Koreya lideri Kim Çen Inla şəxsi görüş keçirmək istədiyini bildirib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 Oktyabr 2025 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri