Ağ ev: Trampın tətbiq etdiyi ticarət tarifləri ABŞ iqtisadiyyatına ən azı 50 milyard dollar gəlir gətirib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 30 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi ticarət tarifləri Amerika iqtisadiyyatına ən azı 50 milyard dollar gəlir gətirib.
AZƏRTAC xəbər verir ki, bunu Ağ evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset deyib.
"Tariflər tətbiq ediləndən bəri biz 50-60 milyard dollar gəlir topladıq. Bu, bizim düşündüyümüz kimi işləyir və apellyasiya məhkəməsinin tarifləri bərpa etmək qərarından çox məmnunuq", - deyə o, “Fox News”a bildirib.
Hasset hesab edir ki, ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsi çərşənbə günü Trampın tarif siyasətlərini əngəlləməklə, digər ölkələrlə ticarət razılaşmalarının qarşısını almağa çalışır. "Sövdələşmələrin bir çoxu imzalanmaq üzrədir. Apellyasiya Məhkəməsi bizə daha çox vaxt verib, bu o deməkdir ki, bizim bu sövdələşmələri başa çatdırmaq üçün vaxtımız olacaq", - deyə Ağ evin rəsmisi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 30 May 2025 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















