Bu ölkədə qar fırtınasına görə 790 mindən çox şəxs işıqsız qaldı
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ni cənginə alan şiddətli qar fırtınası ölkə iqtisadiyyatına və infrastrukturuna ağır zərbə vurub.
“Qafqazinfo” xəbər verir ki, “PowerOutage” monitorinq resursunun son məlumatlarına görə, qeyri-sabit hava şəraiti səbəbindən hazırda 790 mindən çox ABŞ sakini işıqsız qalıb.
Elektrik kəsintiləri xəritəsinə əsasən, fırtınadan ən çox cənub ştatları zərər çəkib. Tennessidə 270 min, Texasda isə 135 mindən çox şəxs qaranlıqda qalıb. Missisipi və Luiziana ştatlarında da vəziyyət gərgin olaraq qalır. Yanvarın 25-də fırtına Nyu-York şəhərini və ABŞ-nin şimal-şərq hissəsini də iflic edib.
“Bloomberg”in yaydığı hesabata görə, təbiət hadisəsi ümumilikdə 32 ştatı əhatə edib. Şiddətli külək və qar səbəbindən 14.500-dən çox aviareys ləğv olunub ki, bu da nəqliyyat sistemində böyük xaos yaradıb. İlkin qiymətləndirmələrə görə, fırtınanın vurduğu ümumi maddi ziyan 24 milyard dollara çata bilər.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp fırtınadan bir qədər əvvəl təcili yardım xidmətlərinin tam hazır vəziyyətdə olduğunu açıqlamışdı. Lakin fəlakətin miqyası bir çox bölgədə kommunal xidmətlərin işini çətinləşdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 25 Yanvar 2026 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















