Ağ Ev üçün 927 milyonluq plan hazırlanır
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Ev və ətrafındakı tikinti və yenidənqurma işlərinə ən azı 927 milyon dollar xərcləməyi planlaşdırır.
Milli.Az xəbər verir ki, layihəyə Lafayette meydanının yenilənməsi, helikopter meydançasının və yeni ziyarətçi təhlükəsizlik mərkəzinin yaradılması, həmçinin Ağ Evin Şərq qanadında böyük zalın tikintisi daxildir.
"Washington Post"un araşdırmasına görə, layihələr üçün nəzərdə tutulan vəsaitin böyük hissəsi vergi ödəyicilərinin hesabına qarşılanacaq. Şərq qanadındakı zalın tikintisinin isə təxminən 600 milyon dollara başa gələcəyi bildirilir.
Yenidənqurma planı hüquqi mübahisələrə də səbəb olub. Federal apellyasiya məhkəməsi layihənin davam etdirilməsi üçün Konqresin təsdiqinin lazım olduğunu bildirib. Tramp isə qərardan şikayət verəcəyini açıqlayıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 13 Avqust 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















