Icma.az
close
up
RU
Ağ Evdə 3 ölkənin adı çəkildi: “Yeni müharibə hədəflənir, plan var”

Ağ Evdə 3 ölkənin adı çəkildi: “Yeni müharibə hədəflənir, plan var”

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

“ABŞ Prezidenti Donald Tramp hökumət başçısı olduğu ikinci müddətdə ticarət müharibələrinə başlamağı qarşısına hədəf qoyub. “ABŞ bundan sonra axmaq ölkə olmayacaq”, – deyən Tramp başqa dövlətlərə trilyonlarla dollar xərcləməyəcəyini bildirib. Onun sözlərinə görə, ABŞ-ın Kanada, Meksika və Çinlə ticarətində böyük kəsiri var”.

Turkustan.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Tramp adı çəkilən 3 ölkənin Vaşinqtondan 36 trilyon dollar qazandığını iddia edir:

“Lakin Kanada, Meksika və Çin Ağ Ev rəhbərinin iddialarını qəbul etməyiblər. “Global Times” nəşri yazır ki, Çin ABŞ-ın başlatdığı ticarət müharibəsinə görə üzv olduğu Ümumdünya Ticarət Təşkilatına şikayət ünvanlayıb. Pekin Vaşinqtonun məhsullarına yüksək rüsumlar tətbiq etməsindən narazıdır. Buna baxmayaraq, Tramp seçkidən əvvəl bəyan etdiyi məqsədlərindən imtina etmək istəmir. Onun birinci prezidentliyi dövründə əsas hədəfi Çin idisə, bu dəfə siyahıya başqa ölkələr də əlavə olunub.

ABŞ prezidenti ilk növbədə Panama kanalına nəzarəti ələ keçirməyi və Çin şirkətlərini oradan uzaqlaşdırmağı planlaşdırıb. Bu şirkətlərin kanal ətrafındakı limanları idarə etməsi Trampı ciddi şəkildə narahat edir. Ağ Ev sahibinin fikrincə, kanaldan keçən ABŞ ticarət gəmilərinə yüksək rüsumların tətbiq olunması ədalətsizlikdir. Əslində isə rüsumlar bəhanədir. Tramp kanalı inşa edən və uzun illər onun idarəsini həyata keçirən Amerikanın əvvəlki mövqeyini bərpa etmək istəyir. Görünür, Ağ Ev sahibi Çinin Panama dövləti vasitəsilə kanal üzərindən ABŞ ticarətini boğmağa çalışdığını düşünür”.

Politoloq dünya ticarətinin 5 faizinin Panama kanalı üzərindən həyata keçirildiyini qeyd edib:

“Amerikanın ticarət gəmilərinin 40 faizi kanaldan keçməklə limanlara yaxınlaşır. Kanaldan istifadəyə görə birinci yerdə ABŞ, ikinci yerdə Çin üçüncü yerdə Yaponiyadır. Kanal 1999-cu ildə Panama dövlətinin nəzarətinə keçib. Bu 25 ildə kanaldan istifadəyə görə gəlirlər artırılıb. 2024-cü ildə buradan əldə edilən gəlir 5 milyard dollar olub.


Elxan Şahinoğlu

Beləliklə, Karib dənizi ilə Sakit okean arasında körpü rolunu oynayan Panama kanalı uğrunda mübarizə şiddətlənib. Panama prezidenti kanalı ABŞ-a təhvil verməyəcəyini bildirsə də, Vaşinqtonla ortaq məxrəcə gəlməyə hazır olduğunu nümayiş etdirib. Dövlət katibi Marko Rubionun Panamaya səfəri zamanı Çin şirkətlərinin kanal ətrafındakı limanlardan uzaqlaşdırılması mövzusu müzakirə olunub. Ancaq bu, asan başa gəlməyəcək. Panama Çin şirkətləri ilə müqavilələrdən birtərəfli şəkildə çıxarsa, Pekin məsələni beynəlxalq məhkəməyə daşıyacaq”.

E.Şahinoğlunun sözlərinə görə, Panama kanalından istifadə Pekin üçün həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyır:

“Çin kanaldan istifadə etməklə Latın Amerikasında mövqelərini gücləndirir. Panama Pekinin təzyiqinə görə Tayvan adası ilə əlaqələri kəsib və Çinin “Bir kəmər, bir yol” layihəsinə qoşulub. Ümumiyyətlə, bu layihəyə qoşulan Latın Amerikası ölkələrinin say 21-dir. Vaşinqtonun Panama kanalını nəzarətə götürməsi səbəblərindən biri də budur.

Həmçinin Trampın Çinlə ticarət müharibəsinə başlaması bu ölkədə iqtisadi fəallığa mənfi təsir edir. Yanvar ayında Çində sənaye istehsalı o biri aylara nisbətən azalıb. Bunu Donald Trampın hakimiyyətə gəlişi və verdiyi qərarlarla əlaqələndirmək olar”./globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Fevral 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri