Icma.az
close
up
RU
Ağ Evdəki gərginliyin pərdəarxası: Trampın Zelenskiyə kobudluğunun səbəbi...

Ağ Evdəki gərginliyin pərdəarxası: Trampın Zelenskiyə kobudluğunun səbəbi...

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Tramp Zelenskiyə faktiki olaraq ya təslim olmaq, ya da ölkənin sərvətləri üzərində nəzarətin ABŞ-a verilməsini diktə etmək istəyir. Ağ Evdə kameralar önündə baş verən mübahisənin səbəbi budur”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, sazişdə Ukrayna üçün qəbuledilməz maddələr daha çox olub.

“Görüşdən öncə də yazmışdıq: Vaşinqton Kiyevdən yeraltı-yerüstü sərvətlərinin ən azı yarısını tələb edir, hərçənd, bu mediada yayılan məlumatlardır. Zelenski Vaşinqtona sazişi müzakirə etmək, həm də Rusiya ilə mübarizədə ABŞ-ın dəstəyini ala bilməsə belə, neytral mövqeyə yaxınlaşmasına nail olmaq üçün getmişdi. Vaşinqtondakılar isə görüşdən öncə “saziş hazırdır, heç bir danışıq aparılmayacaq, imzalanmalıdır” açıqlamasını verdi. Zelenski ya qəbul etməli, ya da Tramp Administrasiyasının mümkün dəstəyindən məhrum olmalı idi.

İstisna deyil ki, sazişdə Ukrayna üçün qəbuledilməz maddələr daha çox olub. Ağ Evdəki gərgin mübahisə də bu fikri ön plana çıxarır. Zelenski ikincini – dəstəkdən məhrum olsa belə, təslim olmamağı seçdi”.

Asif Nərimanlı 

A.Nərimanlı qeyd edib ki, Tramp və Vensin kameralar önündə Zelenskiyə hücum üçün seçdikləri ştrixlər bu kontekstdə diqqət çəkir:

“- Ukraynanın döyüşə bilməyəcəyində israr etməklə Kiyevin yalnız iki seçiminin – ya müharibədə məğlub olmaq, ya da diktə edilən sazişi imzalamaq – olduğunu göstərməyə çalışdılar;

– Zelenskinin Pensilvaniyaya səfərini xatırlatmaqla “bizə qarşı çıxsanız belə, hər şeyi unuda və dəstək verə bilərik” mesajını verdilər.

Diplomatik etiketdən kənar olan bu mübahisənin kameralar önündə olması Tramp Administrasiyasının məqsədyönlü planı idi:

1. Amerika ictimaiyyətində Trampın Ukraynada itirdiklərini qaytarmaq üçün hər şey etdiyi nümayiş etdirilir;

2. Zelenskiyə diktə etməklə nüfuzunu zədələmək cəhdi olunur;

3. ABŞ hakimiyyətinin Ukrayna hakimiyyətinə münasibəti ictimaiyyət önündə təqdim edilir: bu, həm Kiyevə dəstək verən Avropa ölkələrinə, həm də beynəlxalq ictimaiyyətə “Zelenskidən uzaq durun” mesajının verilməsi məqsədi daşıyır.

Baş verənlər ABŞ-Ukrayna münasibətlərində “burdan dönüşün” olmadığını göstərir, lakin Trampın U dönüşləri də nəzərə alınmalıdır. Ağ Evdə U dönüşü edilməsə, hadisələrin inkişaf perspektivini bir neçə istiqamətdə təxmin etmək olar.

Birincisi, Tramp administrasiyası Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiyanın mövqeyinin daha çox nəzərə alındığı razılaşmaları gündəmə gətirə bilər: bu danışıqlarda Zelenskinin legitimlik məsələsini gündəm mövzusuna çevirəcəklər;

İkincisi, Ukraynaya dəstək verən Avropa ölkələrinə bu dəstəyin azaldılması istiqamətində təzyiqlər edilə bilər;

Üçüncüsü, Zelenskinin legitim prezident olmadığı tezisindən çıxış edərək, onun dəyişdirilməsi istiqamətində addımlar atıla bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Mart 2025 06:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri