Icma.az
close
up
RU
Ağ Evin daxili siyasətində keçmiş “erməni amili”

Ağ Evin daxili siyasətində keçmiş “erməni amili”

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

 Yaxud demokrat eks-dövlət katibinin köməkçisinin gecikmiş etirafı

Artıq gizlinlərin aşkara, hər şeyin gün işığına çıxdığı mərhələ başlanıb. Cənubi Qafqazda son illərin geosiyasi prosesləri göstərir ki, “böyük güclər”in yanaşmaları təkcə regional maraqlarla deyil, həm də daxili siyasi faktorlarla müəyyən olunurmuş. ABŞ-ın keçmiş dövlət katibinin köməkçisi Ceyms O’Brayenin “European Council of Foreign Relations” jurnalında dərc edilən məqaləsi bu reallığın bariz nümunəsidir. Yəni, O’Brayen erməni amilindən Ağ Evə təsir rıçağı kimi istifadə olunduğunu etiraf edir. Bu isə rəsmi Vaşinqtonun daxili siyasətdə üzləşdiyi və ABŞ-dakı erməni diaspor təşkilatları tərəfindən seçkidən-seçkiyə gündəmə daşınan təzyiq mexanizminə uyğun hərəkət etdiyini şərtləndirirmiş.

Məqaləsində O’Brayen açıq şəkildə etiraf edir ki, prezident Co Bayden administrasiyası Cənubi Qafqazda, Ermənistan–Azərbaycan sülh prosesində passiv davranış nümayiş etdirib. Bunun da əsas səbəbi ABŞ-dakı erməni icmasının təsiri olub. ABŞ-dakı erməni diaspor təşkilatlarının təsir dairəsinə düşən Vaşinqtonun siyasi dairələrində istənilən kompromis addım “Azərbaycanın xeyrinə güzəşt” kimi yozulur, bu isə seçki ərəfəsində Bayden komandası üçün “riskli” sayılırdı. Belə məlum olur ki, rəsmi Vaşinqtonun region siyasəti müəyyən mənada daxili elektoratın (konkret bu halda – ermənilərin) girovuna çevrilmişdi. Bu, bir daha sübut edir ki, azsaylı etnik lobbilərin təzyiqi ABŞ-ın müxtəlif bölgələrdəki strateji maraqlarını məhdudlaşdırır.

İndi geriyə boylananda ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayenin Konqresin Xarici əlaqələr komitəsində keçirilən dinləmələrdə dediyi “ABŞ Azərbaycana hərbi və digər yardımları dayandırıb və yüksək səviyyəli səfərləri ləğv edib. Ermənistanla sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər ikitərəfli münasibətlərin normallaşmasının baş verməyəcəyi Bakının diqqətinə çatdırılıb” – sözlərinin altından hay “burnunu” görmək mümkündür. Onun 2023-cü ilin qışında sülh danışıqlarında Bakını yumşaltmaya təhriketmə niyyətli səfərləri yadımızdadır. Ağ Ev rəsmisi iki il bundan əvvəl deyirdi ki, “ABŞ 19-20 sentyabr hadisələrindən sonra sülh yolunda irəliləyiş müşahidə olunmayınca Azərbaycan üçün hər şeyin normal olmayacağını açıq şəkildə bəyan edib!” Amma indi Dövlət katibinin keçmiş köməkçisi beynəlxalq hüququn dili ilə ölkəmizə haqq qazandırmağa çalışır.

“TRIPP” marşrutu gündəmdə olub

Özünün də təmsil olunduğu keçmiş hakimiyyətlə indiki administrasiyanın regional siyasətləri arasında müqayisəli təhlillər aparan O’Brayen yazır ki, Donald Tramp administrasiyası dövründə formalaşan və şərti olaraq “TRIPP” adlanan layihə özündə Cənubi Qafqazı mərkəzi logistika qovşağına çevirmək iddiası daşıyır. Bu layihə Mərkəzi Asiyanı dünya bazarları ilə birləşdirən, Azərbaycan, Ermənistan və Türkiyə üzərindən keçən geniş nəqliyyat şəbəkəsini nəzərdə tutur. O, haqlı olaraq qeyd edir ki, bu yanaşma təkcə regional iqtisadi əməkdaşlıq deyil, həm də makroiqtisadi coğrafiyanın dəyişməsi deməkdir. ABŞ diplomatının vurğuladığı kimi, layihənin davamlılığı yalnız şəffaf idarəetmədən, korrupsiya risklərinin minimuma endirilməsindən və sabit siyasi mühitdən asılıdır. Müəllif, həmçinin Avropa İttifaqının layihədə yer almasının vacibliyini önə çəkir. Bunun yalnız infrastrukturu maliyyələşdirməsi deyil, eyni zamanda, Avropanın regionda təsir imkanlarını genişləndirən siyasi alət ola biləcəyini yazan O’Brayenin fikrincə, Brüsselin fəal iştirakı həm Rusiyanın, həm də İranın dominantlığını balanslaşdırmağa xidmət edəcək. Deməli, Aİ üçün bu proses, sadəcə, investisiya deyil, geosiyasi mövqe qazanmaq vasitəsidir.

Azərbaycanın diplomatik uğuru

Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmalar Cənubi Qafqazda qüvvələr balansını dəyişdirən hadisəyə çevrildi. Bunun əhəmiyyətini təkcə yeni təhlükəsizlik arxitekturasının formalaşmasında deyil, həm də regionda Rusiyanın təsirinin zəifləməsində görən O’Brayen yazısında xüsusi olaraq Azərbaycan Prezidenti İlham Əliyevin rolunu önə çəkir: “Vaşinqtonda imzalanan razılaşmalar nəticəsində Azərbaycan: Naxçıvanla birbaşa əlaqəni institusional səviyyədə təmin edib; ABŞ-la strateji tərəfdaşlığı genişləndirib; Rusiyanın vasitəçilik rolundan asılılığını minimuma endirib. Bu isə Azərbaycanın uzunmüddətli strateji doktrinası – müstəqil siyasət və çoxşaxəli diplomatiya xəttinin uğurla həyata keçirildiyini göstərir”.

Məsələyə siyasi elm nöqteyi-nəzərindən yanaşsaq, söhbətin bölgədə hegemon rolların yenidən bölüşdürülməsindən və əvvəllər Moskvanın nəzarətində olan institusional mexanizmlərin transformasiyasından getdiyini söyləyə bilərik. Bu reallığı gec də olsa etiraf edən O’Brayen ABŞ-ın “erməni faktoru”na görə ehtiyatlı davranışı ilə müqayisədə Tramp dövrünün təşəbbüsləri və Avropa İttifaqının potensial rolu fonunda ən böyük qazanc sahibinin məhz Azərbaycan olduğunu deyir. Prezident İlham Əliyevin ardıcıl və praqmatik diplomatiyası nəticəsində ölkəmiz təkcə yeni kommunikasiya dəhlizinin açılmasında deyil, həm də beynəlxalq siyasətdə etibarlı tərəfdaş obrazının möhkəmlənməsində ciddi irəliləyiş əldə etdi.

Trampın şəxsi töhfəsi danılmazdır

O`Brayen vurğulayır ki, uğurun əldə olunmasında əsas amil Trampın şəxsi iştirakı olub. Co Bayden isə ABŞ-dakı erməni icması arasında özünə qarşı narazılıq yaratmaqdan qorxaraq, bu prosesdən bilərəkdən uzaqlaşıb. Bayden administrasiyası açıq şəkildə erməni tərəfinə rəğbət nümayiş etdirərək klassik diplomatik təzyiq modeli vasitəsilə danışıqlar prosesini “irəli aparmağa” çalışıb. Amma nəticə əksinə oldu: Bakı Amerika vasitəçiliyindən imtina etdi və İrəvanla siyasi dialoqu ikitərəfli formata keçirdi. Bu isə Vaşinqtonun ənənəvi “balanslaşdırma” siyasətinin böhranının və danışıqlar prosesinin sabitliyini təmin etməli olan “yumşaq güc” alətlərinin uğursuzluğunun bariz göstəricisi idi. Eyni zamanda, Ceyms O’Brayen qeyd edir ki, ikitərəfli və üçtərəfli bəyannamələrin imzalanması Prezident İlham Əliyev üçün mühüm nailiyyət olub. Dövlətimizin başçısının Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsinin institusional möhkəmlənməsini və ABŞ ilə strateji tərəfdaşlığın genişlənməsini əldə etdiyini bildirən O’Brayen hesab edir ki, əslində, İlham Əliyev Rusiyanın vasitəçilik funksiyalarından asılılığı minimuma endirməklə, eyni zamanda, Vaşinqtonda özünün strateji muxtariyyət doktrinasını həyata keçirdi.

O’Brayeni əndişələndirən məsələ

Məqaləsində keçmiş məmur Ceyms O'Brayen gələcəklə bağlı narahatlığını da bildirib. Onun sanksiyaların yumşaldılacağı və Ukraynada atəşkəsin əldə olunacağı təqdirdə Rusiyanın Cənubi Qafqazda siyasətini yenidən gücləndirə biləcəyi ilə bağlı proqnozu özündə məşhur “hegemonun qayıdışı” konsepsiyasını əks etdirir: Ukrayna münaqişəsindəki istənilən fasilə Moskvaya Rusiyanın hərbi infrastrukturunun və təsir agentlərinin hələ də qaldığı Qafqazda regional təsirini bərpa etmək üçün resurslar verəcək. İnsafən, bu proqnoz heç də reallaşma ehtimalından xali deyil.

Beləliklə, O'Brayenin “European Council of Foreign Relations” dərgisində çap olunmuş məqaləsi eyni vaxtda bir neçə əsas tendensiyanı əhatə edir: Bayden administrasiyasının Cənubi Qafqazdakı siyasəti institusional iflası, Trampın tranzaksiya diplomatiyasının artan təsiri, Azərbaycanın subyektivliyinin güclənməsi və qısa müddətdə Rusiyanın rolunun azalması, eləcə də regional nəqliyyat dəhlizlərinə nəzarət uğrunda gələcək mübarizənin perspektivi.

Artıq söhbət Cənubi Qafqazın ABŞ, Aİ, Rusiya, Türkiyə və İran arasında rəqabətli qarşılıqlı fəaliyyət məkanına çevrildiyi çoxsəviyyəli qüvvələr balansının yeni konfiqurasiyasının formalaşmasından gedir. Burada erməni amilinə yer yoxdur.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

– Avropa qitəsi və bizim bölgə üzrə məsələlər ABŞ Dövlət Departamentinin direktorunun köməkçisi Ceyms O’Brayenin kurasiyasında idi. İndi o, vəziyyəti daxildən bilən adam kimi şərh verir. Demokratların hakimiyyət dönəmində həm Co Bayden Administrasiyası, həm də Senatın və Konqresin bir çox üzvləri açıq şəkildə ermənipərəst mövqedən çıxış edərək onlara lobbiçilik edirdilər. ABŞ ermənilərinin böyük sayda seçici kütləsi olmasa da, hakimiyyət təmsilçilərinə yaxşı maliyyə dəstəyi verirdilər. Haylar, ələlxüsus, Kaliforniya, Miçiqan, Nyu-York kimi ştatlarda geniş təsir gücünə malik idilər. Onu da nəzərə almaq lazımdır ki, vaxtilə Baydenin özü Azərbaycana qarşı qəbul edilmiş “Azadlığı dəstək Aktı”na 907-ci əlavənin qüvvədə qalmasına tərəfdar olmuşdu. Hakimiyyətə gələndən az sonra, o, “erməni soyqırımı”nı, faktiki olaraq tanıdı. Yəni, özünün ermənipərəst siyasətini hamının gözləri qarşısında həyata keçirirdi. Bu isə Vaşinqtonun Cənubi Qafqazda barışdırıcı, balanslaşdlırılmış siyasətinə müəyyən məhdudiyyətlər yaradırdı. Bayden Administrasiyasını ermənilərin mənafeyinə uyğun mövqedən çıxış etməyə təhrik edirdilər. Bu mövqedən çıxış edəndə isə Vaşinqtonun sülh danışıqlarında vasitəçilik missiyası sıfıra enirdi. Necə ki, sonda baş verdi. O’Brayen indi bunun əsl səbəblərindən danışır, izah edir.

Bu gün tam əminliklə deyə bilərik ki, hayların ABŞ-dakı lobbi təşkilatlarının fəaliyyəti səmərəsiz hala düşüb. Əvvəllər onların bütün fəaliyətləri 1915-ci il qondarma “erməni soyqırımı”nın tanınmasına fokuslanmışdı. Hətta tutaq ki, tanıdılar, sonra nə olacaq? Heç nə! Axı, həmin lobbbi təşkilatları bu məsələni gündəmdə saxlamaq üçün hər il pul toplayırdılar. İndi əlləri boş qalıb. Eləcə də Qarabağ adlı münaqişə də öz həllini tapıb və gündəlikdən silinib. ABŞ-dakı erməni lobbi təşkilatları buna görə gündəliksiz qalıblar. Bu gün işsiz, sabah pulsuz, birisi gün isə onların mövcudluğu sual altına düşəcək. Türkiyəyə, Azərbaycana qarşı siyasət yürüdən bu təşkilatların, faktiki olaraq, sonu çatıb. Çünki qaldırdıqları təşəbbüslər artıq heç kəsin vecinə deyil.

İmran BƏDİRXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Avqust 2025 03:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see485

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see315

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see251

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see231

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see215

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see214

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see212

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see179

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see176

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see173

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see170

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see169

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see168

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see164

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see163

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see162

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see159

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see154

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see153

Ana və qızı eyni anda məzun oldular: Mən onun qədər çox oxumamışam VİDEO

17 İyul 2026 06:10see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri