Belə isti qarşılanacağımı gözləmirdim Neftçi nin yeni transferi
Sportal.az saytına istinadən Icma.az xəbər verir.
Daha öncə qeyd etdiyimiz kimi, bu gün "Neftçi" belçikalı sağ vinger Denzel Jubitana ilə 2 illik müqavilə bağlayıb.
Sportal.az xəbər verir ki, surinamlı yarımmüdafiəçi Denzel Jubitana “Neftçi”yə keçidini klubun mətbuat xidmətinə şərh edib:
“Azərbaycan Avropaya o qədər də yaxın olmasa da, burada oynamış bir neçə dostum var. Onlardan yalnız müsbət fikirlər eşitmişəm. Etiraf edim ki, ilk təəssüratım təəccüb oldu. Hər şey çox gözəl görünür, insanlar çox mehribandır, ölkə isə çox təmizdir. Açığı, belə isti qarşılanacağımı gözləmirdim. Daha əvvəl belə münasibətlə qarşılaşmamışdım.
Ən güclü tərəflərimdən biri yaradıcılığımdır. Meydanda sərbəst oynamağı və nəsə yaratmağı xoşlayıram. Ümid edirəm ki, qollarım və assistlərimlə komandaya faydalı olacağam. Mən universal futbolçuyam və müxtəlif mövqelərdə oynaya bilirəm. Fiziki cəhətdən tam hazıram, amma daha tez uyğunlaşmaq üçün komanda ilə məşq etməliyəm”.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 29 Avqust 2026 01:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















