Dünyada ən çox satılan smartfonlar bəlli oldu İlk sıralarda “Apple” və Samsung
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Counterpoint Research” şirkəti 2026-cı ilin ikinci rübündə dünyada ən çox satılan smartfonların siyahısını açıqlayıb.
Lent.az xəbər verir ki, qlobal smartfon bazarı davam edən yaddaş böhranı səbəbindən illik müqayisədə 11 faiz daralıb.
Ən çox satılan 10 model isə ümumi bazarın 26 faizini təşkil edib. Siyahıdakı bütün modellərin “Apple” və “Samsung”a məxsus olması bu iki şirkətin bazardakı üstünlüyünü göstərib.
“iPhone 17” seriyası ilk üç sıranı tutub
2026-cı ilin ikinci rübündə dünyanın ən çox satılan smartfonu standart “iPhone 17” olub. İkinci yerdə “iPhone 17 Pro Max”, üçüncü yerdə isə “iPhone 17 Pro” qərarlaşıb.
Bazarın ümumi daralmasına baxmayaraq, “Apple”ın smartfon satışları illik müqayisədə 5 faiz artıb. Şirkətin “iPhone 17e” və “iPhone 16” modelləri də ilk 10-luqda yer alıb.
“Samsung”un ən çox satılan modeli “Galaxy S26 Ultra” olub
“Samsung”un siyahıdakı ən uğurlu modeli dördüncü yerdə qərarlaşan “Galaxy S26 Ultra” olub. Bu model “Galaxy S26” seriyasının ümumi satışlarının yarıdan çoxunu təmin edib.
İlk 10-luqda Samsungun “Galaxy A07”, “Galaxy A17”, “Galaxy A17 4G” və standart “Galaxy S26” modelləri də yer alıb.
2026-cı ilin II rübündə ən çox satılan 10 smartfon:
“iPhone 17” “iPhone 17 Pro Max” “iPhone 17 Pro” “Galaxy S26 Ultra” “Galaxy A07” “Galaxy A17” “iPhone 17e” “Galaxy A17 4G” “Galaxy S26” “iPhone 16”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:313
Bu xəbər 29 Avqust 2026 01:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















