Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

AĞ EVİN İSRAİL “SEVGİSİ”: BAŞDAN BAŞA RİYAKARLIQ! Qətərli nazir o “bombanı” partlatdı...

AĞ EVİN İSRAİL “SEVGİSİ”: BAŞDAN BAŞA RİYAKARLIQ! Qətərli nazir o “bombanı” partlatdı...

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Benyamin Netanyahunun ifadələri ilə desək, “Həmas”-ın İsrailə 7 oktyabr hücumu Böyük Orta Doğunu kökündən dəyişən həmlə oldu. Bu hücumdan sonra bütün Qərb İsrailin yanında “Həmas”-a qarşı cəbhə aldı. Qərb məsələni belə qiymətləndirdi: “Həmas” yəhudiləri kütləvi şəkildə qətlə yetirən qətliamçı təşkilatdır, düşməndir, məhv edilməlidir! İsrail tərəfinin iddialarına görə, “Həmas”-ı ən ciddi şəkildə iki dövlət dəstəkləyir – Qətər və Türkiyə. Və bu iddianı beynəlxalq ictimai rəyə yeridə biliblər. 

Lakin Qətər XİN rəhbəri Mühəmməd əl Tani qalmaqallı şoumen Taker Karlsona müsahibədə gündəmə bomba kimi düşən açıqlamalar verib: ˝Bizdən “Həmas”-ı dəstəkləməyi ABŞ rəhbərliyi tələb edib. 2012-ci ildə amerikalı yetkililər bizə gələrək “Həmas”-la əlaqələri gücləndirməyimizi, Dohada “Həmas”-ın ofisini açmamızı istədilər. Biz də tam şəffaf şəkildə Ağ Evin bu istəklərini gerçəkləşdirdik˝.

Təsəvvür edin, ˝demokratiyanın beşiyi˝ və dünyanın bir nömrəli hegemonu olan Birləşmiş Ştatlar bir tərəfdən Qətərdən tələb edir ki, “Həmas”-ı dəstəkləsin, digər tərəfdən də İsrailə bir tonluq aviabombalar verərək ˝Həmas”-ı məhv et˝ deyir və Qəzzanın daşını daş üstündə qoymur. Bu qətliamda itirən “Həmas” deyil, o, sağ-salamatdır və ortalıqdadır. İtirən Qəzzanın zavallı dinc sakinləri və İsrail dövlətidir. ABŞ isə belə qanlı kombinsiyalardan hər zaman qazanıb. Tərəfləri bir-birinə qırdırıb və idarə olunan konfliktlər yaradaraq dünyanın ən zəngin regionunu öz nəzarətində saxlayıb.

Bura qədər aydındır. Amerikasayağı ˝real politik˝-də Ağ Ev dost-düşmən tanımadan hər kəsi öz maraqlarının alətinə çevirib. Sual doğuran başqa məqamdır. Dünyanın ən ağıllı millətlərindən sayılan yəhudilər böyük-böyük xalqları qurbanlığa çevirən belə ˝çoxmərtəbəli oyunbazlıqları˝ anlamaqda çətinlik çəkirlərmi?

Başqa nümunəyə baxaq. Qısa müddət öncə ABŞ Konqresində Ağ Evin Böyük Orta Doğu təmsilçisi Brett Makkörk haqqında araşdırma başlanıb. Makkörk İranın şiə hərbi qruplarının yaradılmasına və gücləndirilməsinə dəstək verməkdə ittiham olunur. İranın bu cür proksi qüvvələri sırasına Livan “Hizbullah”-ı və Yəmən “Husilər”-i də daxildir. Hansısa kənar müşahidəçi deyil, məhz ABŞ-nin öz qanunverici orqanı Ağ Evi İran proksilərini yaratmaqda ittiham edir. Bu vəkalət güclərindən ən çox əziyyət çəkən isə hər zaman İsrail olub. Livan “Hizbullah”ı İsraildəki yəhudilərin həyatını əsil cəhənnəmə çevirib. İsrailin şimalında yaşayan yüz minlərlə yəhudi bu günə qədər də “Hizbullah”-ın raket zərbələri ucbatından ölkənin dərinliklərindəki otel və yataqxanalarda yaşamaq məcburiyyətində qalıblar. ABŞ-nin Qətərın əli ilə gücləndirdiyi “Həmas” və Makkörkün əli ilə gücləndirdiyi “Husilər” də yəhudilərə cəhənnəmi yaşadırlar...

ABŞ-nin bəslədiyi “Hizbullah”-ın, “Həmas”-ın və “Husilər”-in raket-dron zərbələri yəhudiləri səhər-axşam zirzəmilərdə gizlənməyə məcbur edir. Digər tərəfdən, Ağ Ev öz ˝müttəfiqi˝ olan İsrailə də dəstək verir və Makkörkün böyütdüyü İranın nüvə obyektlərini bombalamağı vəd edir. Üstəlik, Trampın da mənsub olduğu amerikan yevangelistləri yəhudi sionistlərinin ˝Vəd olunmuş torpaqlar və Böyük İsrail˝ xülyasına dəstək verərək 5-6 milyonluq yəhudi xalqını 200-300 milyonluq müsəlman toplumu ilə qanlı savaşlara sürükləyir. Yəhudi dövlətinə ideologiya, silah və pul yağdırılır, yəhudilərə düşmən olan İran proksiləri meydana sürülür, Qətərdən də “Həmas”-ı dəstəkləmək tələb olunur. Hamısını da edən Birləşmiş Ştatlardır. Məşhur Hollivud filmində deyildiyi kimi: ˝Bu, düşmənçilik deyil, biznesdir˝. Ağ Ev də heç kimlə ˝düşmənçilik etmir˝, sadəcə körfəz neftini və bu neftin üzərində oturan dövlətləri öz nəzarətində saxlayır.

Bütün deyilənlərlə yanaşı, ortalıqda kənara itələnməsi mümkünsüz olan digər mühüm amil var. Bu, Birləşmiş Ştatlardakı qüdrətli yəhudi lobbisidir. Bu lobbinin ABŞ siyasətinə təsiri olduqca böyükdür. Lakin son aylarda baş verənlər cəmi bir il öncəsinə qədər ayırd edilməsi çətin olan bir həqiqəti çılpaqlığı ilə ortalığa çıxardı: Ağ Ev ABŞ-nin milli maraqlarını yəhudi lobbisinin maraqlarından daha üstün tutur.

Əslində, on illər boyu ABŞ-nin Böyük Orta Doğuda yürütdüyü siyasət İsrailin də Birləşmiş Ştatların maraqlarına xidmət edən alət olduğunu göstərirdi. Amma Ağ Evin ˝Orta Doğudakı ən böyük marağımız İsrailin təhlükəsizliyidir˝ tipli bəyanatları bu həqiqəti ustalıqla pərdələyirdi. Qətərli nazirin Taker Karlsona açıqladığı şok faktlar və ABŞ Konqresindəki B.Makkörklə bağlı araşdırma isə bu üstüörtülü həqiqəti bütün çılpaqlığı ilə ortalığa atdı. 

Namiq Bilal

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Mart 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see622

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see554

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see429

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see301

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see296

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see295

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see283

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see276

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see259

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see240

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see231

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see230

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see225

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see212

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see206

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see204

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see203

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see190

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri