Icma.az
close
up
RU
Başdan başa ağ yalan olduğu hamıya aydındır Musa Qasımlı

Başdan başa ağ yalan olduğu hamıya aydındır Musa Qasımlı

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu yazını yazmaq istəmirdim. Ancaq ağ yalan danışmaq və xariciləri uydurmalarına inandırmağa çalışmaq ermənilərin xarakterinə çevrildiyi, indiki Ermənistan siyasətçilərinin, diplomatlarının və alimlərinin də bu yolu davam etdirdikləri üçün müqayisə etmək baxımından faydalı olacağını nəzərə alıb yazdım.

Erməni Arşaq Mendesyanın "New York Times" qəzetinin 1920-ci il 2 may tarixli sayında dərc edilmiş "Status of Armenia" (Ermənistanın statusu) adlı məqaləsində Ermənistan Respublikasının ərazisi və əhalisi haqqında yazdıqları indiki erməni tarixşünaslığındakı cəfəngiyyatların təməlini təşkil edir. Yazır ki, İrəvan quberniyasında, Kars, Tiflis və Yelizavetpol quberniyalarının bir hissəsində yaradılan Ermənistan Respublikasının ərazisi 1920-ci ildə 26.000 kvadrat mil olub. Bu nə qədər doğrudur? 1 kvadrat mil = 2,58999 kv.km edir. Deməli, onun yazdığından belə çıxır ki, Ermənistanın ərazisi 26 000 ×2,58999 = 67 339,7 kv. km olub.

Başdan-başa ağ yalan olduğu hamıya aydındır. Bilərəkdən heç bir Azərbaycan və Türkiyə mənbəyinə istinad etmirəm. Bolşeviklərin hazırladığı sənəddə Ermənistan Respublikasının ərazisi haqqında yazılır: “Ermənistan Respublikası Yeni Bəyazid, İrəvan və Aleksandropol qəzalarının hissələrindən yaradıldı” (Mənbə: Контрреволюционная роль партии Дашнакцутюн. – ARDTXA, L-164, v. 169.) Bəs bu qəzaların ərazisi nə qədər olub? Çarizm sənədlərinə əsasən Yeni Bəyazid qəzasının ərazisi təxminən 4146, 8 kvadrat verst, İrəvan qəzasının ərazisi 2664,2 kvadrat verst, Aleksandropol qəzasının ərazisi 3759, 8 kv. km olub. Yeni Bəyazid və İrəvan qəzalarının ikisinin birlikdə ərazisinin həcmi 4146,8+2664, 2 = 6,811 kvadrat verst edir (1 verst =1,0668 km-dir). 6,811 kvadrat verst x 1,0668 km = 7.265.9748 kv.km edir. Bu rəqəmin üstünə Aleksdandropol qəzasının ərazisinin həcmini gəldikdə 11.025.7748 kv. km edir.

Tiflisdəki amerikan konsulu Smit dövlət katibinə 1918-ci il 15 iyul tarixli teleqramında Ermənistanın ərazisi barədə məlumatı həmin rəqəmlə təxminən eynidir. Yazırdı: “Almaniya və Türkiyə tərəfindən tanınmış yeni Ermənistan dövlətinin ərazisi 12 min kvadrat kilometrə qədərdir. Sərhədləri Dilicandan sənub-qərbdə Alagözə qədər, oradan isə Eçmiadzinin cənubundan İrəvanın şərqinə kimi, oradan da Sevan gölünə qədərdir” ( Mənbə: The Concul at Tiflis (Smith), temporarily in Moscow, to the Secretary of State.(Telegram)/Moscow, July 15, 1918. – Papers Relating to the Foreign Relations ofthe United States. 1918. Russia (İn three volumes). Volume II. Washington, 1932,p. 637-638; NARA, file No.861.00/ 2458.) Yəni Göyçə gölünə qədərdir.

İndi Ermənistan Respublikasının ərazisi təxminən 28 min kv. km.- dır. Bu ərazi amerikan konsulu Smitin yazdığı 12 min kv.km-dan necə gəlib bu qədər olub? Cavabı aydındır: Azərbaycan torpaqlarının hesabına.

Məqalədə diqqəti çəlb edən növbəti məsələ Ermənistan Respublikasında həmin vaxt nə qədər əhalinin yaşamasına dair məlumatdır. Müəllif yazır ki, 1920-ci ildə Ermənistanın əhalisi 2 milyon 160 min nəfərdir. Onun 1 milyon 233 mini ermənidir. Tatarlar (azərbaycanlılar) və onlara qohum olan xalqlar 688 min nəfərdir. Kürdlər 82 min, yezidilər 50 min, ruslar, yunanlar və gürcülər 123 min, qaraçılar 34 min nəfərdir.

Birincisi, məqalədə Ermənistanın ümumi əhalisinin sayı ilə ayrı-ayrı xalqların göstərilən sayı arasında fərq vardır. Onların sayını topladıqda 2 milyon 160 min deyil, 2 milyon 210 min nəfər alınır. Yəni 50 min nəfər çox. 50 min hansı xalqın sayından azaldılıb? Azərbaycanlıların sayının az göstərilməsi şübhəsizdir.

İkincisi, ermənilərin sayı onların aborigen olmadıqlarını göstərir. Hələ 1911-ci ildə çar Rusiyası məmuru N. Şavrov yazırdı ki, Cənubi Qafqazda olan 1 milyon 300 min erməninin 1 milyon nəfərinin diyarın yerli əhalisinə heç bir aidiyyatı yoxdur, bizim tərəfimizdən köçürülüblər. Ondan sonra – Birinci Dünya müharibəsi illərində də ermənilər gəlib Cənubi Qafqaza doluşublar. Çarizm sənədlərində təxminən 250-260 min erməninin Cənubi Qafqaza gəldiyi yazılır. Deməli, 1920-ci ildə Ermənistanın əhalisinin, eləcə də indiki Ermənistanın 3 milyon nəfərə yaxın əhalisinin demək olar ki, hamısı ya gəlmə və ya da onlardan törəyənlərdir.

Üçüncüsü, 1920-ci ildə Ermənistanda tarixi torpaqlarında yaşayan, sayı azaldılaraq göstərilən 688 min azərbaycanlı əgər vəhşicəsinə deportasiya edilməsəydi, demoqrafik inkişaf nəzəriyyələrinə əsaslansaq (hər on ildə əhalinin sayı təxminən 30% arta bilir) və azərbaycanlı ailələrin çoxuşaqlı olduğunu nəzərdən qaçırmasaq bu gün Ermənistanda azərbaycanlılar təxminən 2 milyon 293 min nəfərdən olardı. Yəni təxminən indiki Ermənistanın bütün əhalisinin sayı qədər.

Nəhayət, o vaxt Ermənistanda olan ruslar, gürcülər, yunanlar və başqaları nə üçün indi bu yerlərdə yoxdurlar?

Musa Qasımlı,

tarix elmləri doktoru, professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 May 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri