Icma.az
close
up
RU
Ağ örpəkli gəlinə bənzəyir Şahdağ...

Ağ örpəkli gəlinə bənzəyir Şahdağ...

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şahdağ Milli Parkı zəngin flora və faunasına görə seçilir. Buranın füsunkar mənzərələri insanları heyran qoyur. Azərbaycanın ən uca Bazardüzü (4466 metr) zirvəsindən sonra ikinci ən yüksək zirvəsi olan Şahdağ (4243 metr) təkcə qışda deyil, yay aylarında da dümağ qarla örtülü olur. Ağ niqablı gəlinə bənzəyir Şahdağ... 

Şahdağ Milli Parkı (ŞMP) Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli sərəncamı əsasında yaradılmışdır. Ərazisi ilkin olaraq 115,8 hektar təşkil edirdi. Nazirlər Kabinetinin 8 iyul 2010-cu il tarixli sərəncamı ilə parkın ərazisi 14,613 hektar genişləndirilərək 130,5 hektara çatdırılmışdır.

Parkın yaradılmasında əsas məqsəd çoxlu sayda transsərhəd köçəri heyvanlar da daxil olmaqla, qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsidir. 

Qeyd etmək lazımdır ki, parkın yaradılması burada torpağın münbit qatının qorunub saxlanılmasına, ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması və zənginləşdirilməsinə müsbət təsir göstərmişdir. 

ŞMP-də elmi-tədqiqat işlərinin aparılması üçün əlverişli şərait yaradılmışdır. Burada vaxt­aşırı ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi üçün tədbirlər keçirilir. Eyni zamanda, regionda ekoturizmin inkişafı istiqamətində layihələr icra edilir.  

Tədqiqatçılar hesab edirlər ki, parkın ərazisinin yerləşdiyi yüksəklik, relyefin şaquli dəyişməsi və parçalanması, mürəkkəb iqlim şəraiti və torpaq örtüyü burada bitki örtüyünün müxtəlifliyinə səbəb olmuşdur. Meşələr, əsasən iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz vələsindən formalaşmışdır. 

Burada həm yekcins, həm də qarışıq meşələrə rast gəlinir. Meşələrdə əsasən, göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd, qoz, gilas, alma, armud kimi ağaclar, dəmirqala, əzgil, yemişan, böyürtkən, itburnu, zirinc kimi kol bitkiləri yayılmışdır.

ŞMP-nin heyvanat aləmi də çox zəngindir. Burada quşlardan qırqovul, qaratoyuq, alabaxta, sarıköynək, çobanaldadan, ağacdələn, alabaxta, bildirçin və qarğalara, məməlilərdən isə cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, yasaq, gəlincik və porsuqlara daha çox təsadüf olunur.

Ərazidə adları Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına   daxil edilmiş məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı növləri də qorunur. 

2020-ci ildə ŞMP-də Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai Birliyi və WWF Azərbaycanın birgə həyata keçirdiyi unikal layihə sayəsində Qafqazda zubrların populyasiyası yenidən bərpa olunmağa başlanmışdır. Xatırladaq ki, bölgədə sonuncu zubr (meşə kəli) 1927-ci ildə ovlanmışdır. 

Park öz təbiətinin rəngarəngliyi, bitki və heyvanlar aləminin zənginliyi ilə xeyli sayda yerli və xarici turistləri özünə cəlb edir. Bura təşrif buyuranlar parkın gözəlliklər məskəni olduğunun fərqinə varır, bu gözəl yerlərə bir daha gələcəklərini deyirlər.  

M.HACIXANLI 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri