Ağ şəhər tamamlandıqda belə olacaq VİDEO
Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.
Bakıda keçirilən COP29 konfransında təşkil olunan Yaşıl Zonada Bakı Ağ Şəhər layihəsinin pavilyonu maraqla qarşılanıb.
Metbuat.az-ın məlumatına görə, pavilyonda Ağ Şəhər layihəsinin tamamlanmış halının maketi təqdim olunub. Maketdə layihəyə aid yeni binaları da görmək olur.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na əsasən Bakı Ağ Şəhər ekoloji şəhərsalma layihəsi həyata keçirilib. Layihə 1650 hektar sahədə yerləşən şəhər mərkəzinin şərq hissəsinin (“Qara şəhər”in) bərpa və inkişafını, həmçinin Bakının yeni müasir mərkəzinə çevrilməsini nəzərdə tutur.
Zaur Əliyev / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 18 Noyabr 2024 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















