Icma.az
close
up
RU
Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pekin, 14 oktyabr, AZƏRTAC

Cənubi Koreya və Amerika Birləşmiş Ştatları (ABŞ) yüksəksəviyyəli müdafiə dialoqunun tarixini Birləşmiş Ştatlardakı aralıq seçkilərdən sonraya təyin etmək üçün danışıqlar aparır.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, müttəfiqlər noyabrın 3-nə təyin edilmiş ABŞ-dəki aralıq seçkilər səbəbindən təhlükəsizlik üzrə məşvərət iclasını təxirə salmaq barədə qarşılıqlı razılığa gəlib. Builki iclasa Vaşinqton ev sahibliyi etməlidir. Bununla belə, təxirəsalma ehtimalı Seul və Vaşinqton arasında müharibə dövründəki əməliyyatlara nəzarət hüququnun ABŞ-dən Cənubi Koreyaya təhvil verilməsi vaxtı ilə bağlı fikir ayrılıqlarının mövcud olduğu bir vaxta təsadüf edir. Seul müharibə dövründəki əməliyyatlara nəzarət hüququnu Vaşinqtondan Prezident Li Cemyön administrasiyasının 2030-cu ildə başa çatacaq beşillik səlahiyyət müddətindən əvvəl, hətta gələn il geri almağa çalışır. Vaşinqton isə siyasi mülahizələrə əsaslanaraq bu keçid prosesini tələsdirməklə bağlı ehtiyatlı mövqe nümayiş etdirib. Mənbələrdən biri bildirib ki, ABŞ tərəfi aralıq seçkiləri və digər amilləri nəzərə alaraq cədvəlin dəyişdirilməsi zərurətini irəli sürüb. Digər bir mənbə isə qeyd edib ki, hər iki tərəf cədvəlin təxirə salınması məsələsində həmfikirdir.

Məşvərət iclası müttəfiqlərin yüksəkvəzifəli müdafiə rəsmilərinin geniş spektrli ittifaq və təhlükəsizlik məsələlərini, o cümlədən əsasən Şimali Koreyanı çəkindirməyə yönəlmiş müdafiə strategiyası və birgə hərbi hazırlığı müzakirə və koordinasiya etdikləri əsas ikitərəfli müdafiə dialoqudur. Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirib ki, qarşılıqlı olaraq uyğun tarixin müəyyən edilməsi üçün ABŞ Müdafiə Departamenti ilə danışıqlar aparılır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri