Icma.az
close
up
RU
“Ağ şəhər”in qara günləri tarixdə qalıb

“Ağ şəhər”in qara günləri tarixdə qalıb

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Artıq 3-cü ildir ki, bu gün ölkəmizin hər yerində Ağdam Şəhəri Günü kimi təntənəli şəkildə qeyd edilir. 20 noyabr təkcə 27 il sonra doğma Ağdam həsrəti sona çatmış ağdamlılar üçün deyil, bütün xalqımız üçün bayram ab-havalı tarixdir!

Hamımız üçün qürurverici bu gün ərəfəsində vaxtilə Ağdam şəhərində yaşamış, indi sevinclə doğma şəhərlərinin azadlıq gününü qeyd edən, səbirsizliklə geri dönəcəkləri anı gözləyən Rəhimovlar ailəsinin qonağı olduq. Ağdamın Bənövşələr kəndində, keçmiş məcburi köçkünlər üçün salınmış qəsəbədə müvəqqəti məskunlaşmış ailənin başçısı, doğma yurdun azad edilməsini ömrünün ən xoşbəxt günü adlandırdı.

73 yaşlı Fəxrəddin Rəhimov bildirdi ki, 32 il əvvələdək gözəl günlərinin keçdiyi şəhərlə bağlı bitib-tükənməyən xatirələrini illər boyu ürəklərində acı nisgil kimi yaşadıblar, Ağdama qayıdacaqlarına olan ümidlərini heç zaman itirməyiblər:

– 1993-cü ildə öz ev-eşiyimizdən didərgin düşənə qədər şəhərin özündə, Qara İlyasov küçəsi-14 ünvanında yaşayırdıq. Evimiz 4-ü altda, 4-dü də ikinci mərtəbədə olmaqla 8 otaqlı idi, hər şəraitimiz vardı. Erməni vəhşilərinin aramsız hücumları nəticəsində Ağdamdan didərgin düşəndən sonra əvvəlcə Bərdədə 1 saylı çadır şəhərciyinə sığındıq. Sonra Bakıya köçdük. Ancaq gördük ki, Ağdamın havasını udmadan yaşaya bilmərik. Ona görə geri, rayonun işğal olunmamış ərazisinə qayıtdıq.

Dövlətimiz var olsun, o çətin günlərdə bizi tək qoymadı, Bənövşələr kəndində salınmış müasir qəsəbədə yeni evlə təmin olunduq. Torpaqlarımızın işğaldan azad ediləcəyinə həmişə inanmışıq. Çünki bizim İlham Əliyev kimi müdrik Prezidentimiz, qətiyyətli, müzəffər Ali Baş Komandanımız var. Çox şükür, artıq 5-ci ildir Ağdamımızın azad olunması gününü qeyd edirik.

Söhbətə qoşulan evin xanımı Simuzər Rəhimova məcburi köçkünlük həyatının ağır günlərini xatırladı, bu acıların bitdiyini, indi Ağdam üçün, ağdamlılar üçün yeni, xoşbəxt dönəmin başladığını dedi:

– Rahat, firavan yaşayırdıq. Fəxrəddin çörək zavodunda işləyirdi, mən isə uşaq bağçasında müdir idim. Yəni zəhmətimizlə dolanırdıq. Heç ağlımıza da gəlməzdi ki, Ağdam boyda şəhər işğal oluna bilər. Anam Ağdamın işğalına dözə bilmədi. Dedi, Ağdam, səndən sonra mən yaşaya bilmərəm. Dediyi kimi də etdi. Məcburi köçkün düşəndən dərhal sonra xəstələndi, qısa müddətdən sonra dünyasını dəyişdi.

Çox çətin günlərimiz olsa da, hamısına ümidlə sinə gərdik. Vətən müharibəsi başlayanda isə əmin olduq ki, daha həsrətimizin bitəcəyi günə çox qalmayıb. Gecə-gündüz televizorun qarşısını kəsdirmişdik, cəbhədən gələn qələbə müjdələrini sevinc göz yaşları içində izləyirdik. Hər qarış torpağımız alınanda deyirdim ki, Sənə qurban olum, qəhrəman Prezidentimiz!

Simuzər xanımın atası Yaqub Əhmədov Ağdamın adlı-sanlı ustalarından olub, bənna, daşyonan kimi məşhurlaşıb. Şəhərdəki bir sıra binaların, abidələrin, bulaqların ərsəyə gəlməsində böyük xidmətlər göstərib, bu xidmətləri dövlət səviyyəsində qiymətləndirilib. Hətta tarixi İmarət kompleksi ötən əsrin 80-ci illərində bərpa olunan zaman dağılmış iki sütununu da o yonub. Rəhimovlar ailəsi Ağdam işğaldan azad olunandan sonra şəhərə ilk dəfə gedəndə İmarətə də baş çəkiblər. Simuzər xanım ağlayaraq, əyilib həmin sütunlardan öpüb. Bu yaxınlarda isə yenidən Ağdamda olublar, məscidi ziyarət ediblər. Şəhərin gündən-günə gözəlləşən siması, yeni tikilən binalar, salınan yaşıllıqlar onları valeh edib.

Evin yeganə övladı, Ağdam şəhər 2 saylı tam orta məktəbdə müəllim işləyən Qadir həmin gün haqqında təəssüratlarını belə dilə gətirdi:

– Fəxrlə düşündüm ki, 6 yaşımda çıxdığım doğma şəhərimə ailəmlə, 3 uşağımla qayıdıram. Onlar yeni tikilmiş evlərin həyətlərində quraşdırılmış attraksionlarda oynadılar. Sevinclərinin həddi-hüdudu yox idi. Ağdamı gəzdikcə, görülən işlərin, aparılan tikinti-quruculuq layihələrinin miqyasını gördükcə, həm heyrətləndik, həm də fəxr etdik. Sanki hər ucalan, dikələn bina Ağdamdan görünən dağların vüqarını da özünə qaytarıb, dağların da qəddi dikəlib.

Səbirsizliklə doğma şəhərimizə qayıdacağımız günü gözləyirik. Allah bizə xoşbəxt günləri bəxş edən Prezidentimizi qorusun! Şəhidlərimizin məkanı cənnət olsun, Allah ordumuzu hər zaman müzəffər etsin! Fürsətdən istifadə edib bütün ağdamlıları, bütün xalqımızı Ağdam Şəhəri Günü münasibətilə təbrik edirik!

Bu gün Şəhər Gününü qeyd etdiyimiz Ağdamın yenidənqurma, inkişaf, çiçəklənmə dövrü uğurla davam etdirilir. Rayonun Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri artıq doğma sakinlərinə qovuşub. Şəhərsalma mədəniyyətinin ən yeni nailiyyətləri əsasında yenidən, özü də heyrətamiz sürətlə qurulan Ağdam şəhəri də Böyük Qayıdışın növbəti ünvanına çevrilməyə hazırdır. Bütün bunlar ağdamlıların, eləcə də Rəhimovlar ailəsinin hədsiz sevincinə səbəb olur, gələcək arzularına qol-qanad verir. Biz də Qadir müəllimin təbrikinə qoşulur, onların timsalında bütün xalqımızın bayramı mübarək olsun deyirik. Günün mübarək, külündən doğulan, yoxdan var olan, gözəlləşən yeni Ağdam!

Qara günləri artıq 5 ildir ki, tarixdə qalmış Qarabağın ağ şəhərinin – Ağdamın dirçəlişi, bölgənin ən böyük yaşayış məntəqəsinə çevrilməsi uğurla davam etdirilir.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Ağdam

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Noyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri