Ağacdaşıyan maşın və avtobus toqquşdu 15 nəfər...
News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Primorsk diyarında ağacdaşıyan maşın və avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 15 nəfər yaralanıb.
News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə regional Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Qəza nəticəsində 15 nəfər Çuquyevski Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hamısı həkimlər tərəfindən müayinə olunub. Dörd nəfər xəstəxanaya yerləşdirilib. 2022-ci il təvəllüdlü uşaq müayinə olunub, vəziyyəti qənaətbəxşdir. Bir nəfər ağır vəziyyətdə Arsenyev Şəhər Xəstəxanasına köçürülüb”, – mətbuat xidməti bildirib.
Əlavə olunub ki, tibb müəssisələrinə çatdırılan bütün sərnişinlərə tam həcmdə yardım göstərilib. Xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayan xəstələr ambulator müalicəyə göndərilib.
Bölgə prokurorluğunun dəqiqləşdirilmiş məlumatına görə, ağacdaşıyan maşının dönmə zamanı boş qoşqusu sürüşərək Çuquyevka – Zavetnoye marşrutu ilə hərəkət edən avtobus ilə toqquşub.
Rayon prokurorluğu araşdırma aparır.
\\Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 10 Fevral 2025 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















