Icma.az
close
up
RU
Ağaclar bizdən yalnız su istəyir Biz onlara bunu verə bilirikmi?

Ağaclar bizdən yalnız su istəyir Biz onlara bunu verə bilirikmi?

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizim ağaclara olan tələbatımız qədər, ağacların bizdən istəyi yoxdur. Onlar bizdən yalnız bir şey istəyir: su. Halbuki biz ağaclardan nə istəmirik ki – kölgəsi, meyvəsi, oksigeni, taxtası, mebeli, hətta bəzək üçün belə onlara ehtiyacımız var. Bütün bunları yaxşı bilirik, amma doğrudanmı hamımız bu barədə düşünürük?

Hesab edirəm ki, Babək prospekti 95–103 ünvanında yerləşən parkın – əvvəllər binaların arxa həyəti olan, indi isə səliqəli bir istirahət məkanına çevrilmiş ərazinin – ağaclarına nəzarət edən qurumlar bu barədə nəinki düşünmür, heç belə "iradları" dinləmək belə istəmirlər.

Məsələ bundan ibarətdir: həmin ərazidə vaxtilə bina sakinləri öz həyətləri kimi istifadə etdikləri sahəyə meyvə, bəzək ağacları və gül kolları əkmişdilər. Bir neçə il əvvəl bu sahə yenidən qurularaq park şəklinə salındı. Etiraf edək ki, parkda təmizliyə bu gün də nəzarət olunur. Ancaq boş sahələrə sonradan əkilən ağaclar yayın ikinci ayında artıq qurumağa başlayır. Səbəb isə çox sadədir – su yoxdur.

Bu gənc ağaclar təkcə fəsilin deyil, bəlkə də ömürlərinin də payızını, hətta qışını yaşayırlar. Onlara xidmət etməli olan bir sıra qurumlar isə, sanki "əjdaha kimi", suyun qarşısını kəsib, bu ağaclara su verməməkdə israr edirlər.

Əvvəldə də qeyd etdiyim kimi, sakinlər bir vaxtlar həyət kimi istifadə etdikləri bu sahəyə əkdikləri ağacları sonra da sulayırdılar. Ancaq "Azərsu" həmin həyətə çəkilmiş su xətlərini “qanunsuz qoşulma” adlandıraraq ləğv edənə qədər. Bəs ağaclar necə olacaq?

Qeyd edim ki, parkın içərisində artezian quyusu mövcuddur. Bu quyu texniki su kimi məhz parkın suvarılması üçün istifadə olunmalıdır. Amma bu su onlara çatırmı?..

Tutaq ki, parkın suvarılmasını artıq xərc hesab edirlər. Bəs elə isə, nə üçün quruyan ağacları hər il – və ya iki ildən bir – yeniləri ilə əvəzləyirlər? Bu, daha böyük xərc deyilmi? Axı yeni ağacların alınması, daşınması, əkilməsi, üstəlik bizə məlum olmayan "sair xərclər" – bütün bunlar birlikdə parkdakı ağacların illərlə suvarılmasından qat-qat baha başa gəlir. Bu, məsələnin yalnız iqtisadi tərəfidir.

Biz unutmamalıyıq ki, bizim ağaclara ehtiyacımız onların bizdən istədiyindən – yalnız bir qurtum sudan – çox-çox artıqdır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 İyul 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see201

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see185

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see175

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see130

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri