Icma.az
close
up
RU
Ağadadaş Ağayevin məhkəməsi keçirilir

Ağadadaş Ağayevin məhkəməsi keçirilir

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sherg.az "Report"- a istinadən məlumat verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ağadadaş Ağayev ifadə verib.

O bildirib ki, hadisədən əvvəl həmin klinkada əməliyyat olunub:

"Qulağımdan əməliyyat olundum. Qəza keçirəndə telefonumda qırılmışdı. Ağrıkəsicilər vururdular. Sonradan ağrılarım çoxaldı, qulağımda qanaxma yaranmışdı Mən evin terrasına çıxdım, xəstəxana yolun əks istiqamətindəydi. Yuxarıdan mühafizəçiyə müraciət etdim ki, xəstəxanaya desinlər, mənə köməklik eləsinlər. Bu şəxsə dedim ki, əməliyyat edən şəxslərdən kimisə çağırsın, mənə kömək olsunlar. Bunun cavabı mən pis oldu. Dedi ki, sən öyrəşmisəm kiməsə əmr eləməyə, qudurmasan falan. Anında mən reaksiya vermədim, bir az səbrimi basdın. Mənim də bu pisimə gəldi. Gözünü yumub, ağzını açdı. Artıq elə söz dedi ki, aşağı düşməli oldum. Gördüm ki, bu mənim qapımın ağzındadır. Bunu uzaqlaşdırdılar. Xəstəxananın qarşısından keçdi yolun o biri tərəfinə. Bir də eşitdim ki, səsi gəlir. Məni təhrik elədi ki, çıx bayıra. Bu ikinci dəfə gələndə hiss elədim ki, əlində nəsə alət var. Mən də ehtiyyat üçün rəngli baltanı götürdüm. Onu baltayla vurmaq niyyətim olmayıb, əgər olsaydı, qapımın ağzında vurardım. O məni elə həddə çatdırdı ki, bu hadisə baş verdi. Buna dedim uzaqlaş, getmədi, ona görə baltanı atdım. Məni bu hadisəyə təhrik elədi, dedi kişisənsə çölə çıx. Anestasiyanın təsirindəydim, heç əlbəyaxa olacağımıza inanmırdın. Sonradan dalaşmağa başladıq. Dəmir parçasını götürüb, birinci zərbəni mənə vurdu. Amma yıxılmadım. Gördüm ki, dubinka ilə yaramın üstündən vurdular. Orada daha iki nəfər var idi. Guya bizi aralayırdılar. Mən dubinkanın zərbəsindən yıxıldım. Yıxılandan sonra da məni vurmağa başladılar. Necə insandırlar ki, yıxılanı belə vurmazlar. İnsaniyyəti ola gərək insanın. Belə nadan insan olmaz. Nəhayət bizi aralaşdırdılar. Aldığım xəsarətlər oldu, evimə gəldim".

A.Ağayev bildirib ki, bu hadisə ona qarşı düşünülmüş bir addımdır:

"Hadisədən sonra düşüdüm ki, bu mənə qarşı əvvəldən hazırlanmış məsələdir. Mən heç xəsarət alan qadını görməmişəm. Heç baltanın ona dəydini bilməmişəm. Baltanı atanda əsəbdən insanlıqdan çıxmışdım. Mən Nurəddini vurmaq istəsəydim, qapımın ağzında onu vurardım. Kamera görüntülərinə baxsaz görərsiniz ki, o məsafədən balta ilə kimisə vurmaq olmaz. Dalaşdandan sonra bir nəfər mənə köməklik edib, evə qədər gətirdi. Mənə qarşı çox haqsızlıq olub. Mən özümə bu hadisəni törədərəm. Azərbaycanın xalq artisti kimi bunu özümə yaraşdırmıram"

Qeyd edək ki, Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıb.

Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Dekabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saleh Məmmədovun Almaniyada tikdiyi binanın görüntüsü yayıldı FOTO

26 İyul 2026 23:06see900

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see339

İnternetdə dələduzluq dalğası: Kibertəhlükələrin qarşısı necə alınır?

26 İyul 2026 15:10see248

“Barselona” Ferran Torresi yalnız bir şərtlə satmağa razı olacaq

27 İyul 2026 00:11see246

Azərbaycan və Türkiyənin milli maraqları əleyhinə fəaliyyət göstərənlər FOTO

26 İyul 2026 22:05see234

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see196

Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı

27 İyul 2026 09:52see195

“Qarabağ”ın sabiq qapıçısı “Qaziantep”ə keçməyə yaxındır

26 İyul 2026 16:59see190

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see187

Qaret Beyl karyerasını bitirdikdən sonra müflis olmaqdan qorxub

27 İyul 2026 00:26see185

“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb FOTO/VİDEO

27 İyul 2026 04:28see181

“Mayo” 75 ildən sonra İrlandiya çempionu oldu VİDEO

27 İyul 2026 02:59see178

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see175

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

27 İyul 2026 17:21see172

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see169

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see169

İran və Oman RAZILAŞIR?

26 İyul 2026 15:23see168

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see164

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see162

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri