Icma.az
close
up
RU
Ağadadaşın vəkilləri çoxaldı Samir Abasov

Ağadadaşın vəkilləri çoxaldı Samir Abasov

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 26-cı turunda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

- Rəqibin azlıqda qalması yenə planlarınızı pozdu?

- Oyuna yaxşı başlamışdıq. Görsənirdi, nə etmək istəyirik. Oyundan əvvəlki fikirlərimizi meydana qoya bilirdik. Bəlkə də, siz bunu sezə bilmədiniz. Amma əsas odur ki, biz istədiklərimizi bütün futbolçular yerinə yetirirdi. Top ötürmələr və açılmalarda dinamika və sürət var idi. Onsuz da rəqibin oyun bəllidir. Çox adamla, demək olar ki, bütün komanda ilə müdafiə olunurlar. Bu da bizim üçün müdafiəni yarmağa çətinlik yaradırdı. Birinci hissədə iki dənə real fürsətimiz oldu. Bu da yaxşı məqam idi. İkinci hissədə hücumda daha da aktivləşdik. Onsuz da istəkli idik, amma hücuma daha ürəkli getməyə başladıq. Sonra isə qolda əvəzetmələrin təsiri oldu. Suala aid olaraq deyərdim ki, onsuz da oyuna hazırlaşanda 11 nəfərə hazırlaşırsan, 10 nəfərə yox. Amma biləndə ki, rəqib hər iki halda eyni oyun tərzini göstərir, plan üzrə də davam etdik. 

- Komandanın çempionatdakı qeyri-sabit zolağı bitmir. Demək olar ki, bütün üstünlüyü kuboka verəcəksiniz və ya artıq vermişiniz?

- Onsuz da mən bura gələndən kuboku çıxış yolu kimi görürdük. Düşünürəm, hamı anlayırdı ki, 5 xalla çempionata girmək və bunun davamını gətirmək təzə məşqçi və komanda üçün bir az çətin olacaq. Amma çempionatdan əsla qorxmamışıq. Kuboka da, çempionat oyunlarına da köklənirik. Bütün oyunlara qalibiyyət üçün çıxırıq. Bu gün oyunçularımdan razı qaldım və belə davam etmək istəyirik. 

- Ötən matçdan sonra Ağadadaş Salyanskini, bəlkə də, haqlı olaraq tənqid etdiniz. Amma bu oyun əsas heyətdə çıxdı. Bunu onun qəlbinə dəyməmək üçün etdiniz?

- Yox, əsla belə düşünmədim. Kiminsə qəlbinə nəsə dəyəcək, ya dəyməyəcək yöndə işləmirik. Futbolçunu tənqid edirik, onunla danışırıq. Onsuz da özünüz bilirsiniz ki, bu, mənim üçün birinci dəfə deyil. Mənim iş prinsipimdir və mənim işimdə bu cür şeylər olur. Xoş hal odur ki, o açıqlamadan sonra Ağadadaşın vəkilləri çoxaldı və üzə çıxdı. Bu, çox xoşdur. Təki belə olsun, təki azərbaycanlı futbolçunu bu cür qorusunlar. Bu, bizim üçün xoşdur. Ötən səfər tənqid etdiyimiz üçün bu səfər əsas heyətdə çıxmayacaq deyə, bir şey deməmişdik. Əsas odur ki, futbolçu bu tənqid və iradlardan nəticə çıxarsın. Düşünürəm, Ağadadaş bu gün çox hərəkətli idi və düşünürəm ki, o, bundan sonra daha da yaxşı olmalıdır. Ağadadaş və əvəzedici komandamızdan gələn digər oyunçular da bilməlidilər ki, bu, bir şansdır. Ən azından yerli baş məşqçinin burda olması onlar üçün şansdır. Baxmayaraq ki, legionerlər və daha yüksək maaş alan futbolçular var, bizdən öncə aşağı-yuxarı 9 dəqiqə oynayan Ağadadaşa şans veririk. Ağadadaş və digərləri də bu şansı "cavanam, akademiyadan gəlmişəm" deyə, dəyərləndirməli deyillər. Bu gün hücumçu olaraq heyətə buraxılırsa, bunu meydanda göstərməlidir. Həm məşqlərdə, həm oyunda hər şeyi etməlidir. Təkcə Ağadadaş yox, bütün gənc oyunçularımızdan istəyimiz budur. Baxmayaraq ki, tənqid edirik və irad bildiririk, həmişə şans qazanacaqlar. 

- Hazırkı "Neftçi" 10 nəfərlə qalan "Turan Tovuz"a qalib gəlmək gücündə deyil?

- Epizodlara girmək üzərində işləyirsən. Məsələn, dayaq yarımmüdafiəçi, cinah müdafiəçilərinə bununla bağlı tapşırıqlar verirsən. Amma sonda elə fürsət gəlib çıxır ki, artıq orada sən qərar verməlisən. Çünki o fürsətləri əvvəlcədən görə bilmərsən. Sənin kreativliyin üzə çıxır. Əsasən də 10 nəfərə qarşı oynayanda. Yenə də deyirəm, 10 və ya 11 nəfərlə olsa da, bu komanda eyni cür oynayır. Bəlkə də, 11 nəfərə qarşı da eyni vəziyyət olacaqdı. Ola bilər ki, bir-iki epizod onların xeyirinə olardı. "Neftçi"nin və ya digər komandanın oyunçusu olmaq fərq etmir. Bu cür vəziyyətlərdə verdiyin qərarlar böyük rol oynayır. Siz rəqibin 10 nəfərlə qalmasını bayraq tutursunuzsa, rəqib heç-heçə qolunu çempionatda bir çox qolunu vurduğu kimi - standart vəziyyətdən vurdu. Amma ümumi oyuna baxanda, qələbə qazanmaq üçün hər şey etdik. Bundan artıq epizodlarımızı yaratmaq istəyirsinizsə, bu həmin dəqiqə olan bir şey deyil. Bunun üçün həm mən ətraflı danışıb, başa salmaıyam, həm də siz oyunlara daha da ətraflı baxmalısınız. 

- Dembo Darbonun zədəsi xronikidir? 

- Mən bilmirəm, o biri klublarında bu cür şeylər olub, ya yox. Amma burada, əsas da qış fasiləsindən sonra uzunmüddətli reabilitasiya keçir. Eşitdiyimə görə, buna səbəb əvvəlki oyunları zədəli halda oynaması olub. Bu gün Darbo tam olaraq hazır deyil. Sadəcə bu gün ehtiyatda ona görə var idi ki, yer boş idi. Amma o, çıxıb tam gücü ilə oynayanda zədəsi hiss olunur və optimal durumdan uzaqdır. Bəlkə, millilər üçün fasilədən sonra düzələr. 

- Emin Mahmudov da zədə səbəbindən bu oyunu buraxdı?

- Bəli. Onun zədəsi ağır deyil, amma "Səbail"lə də matçı buraxacaq. Ondan sonra millilər fasiləsində müalicəsini keçəcək. Ondan sonra, inşallah, hazır olacaq. Mahmudov kimi yaşlı futbolçularda bu proses uzun çəkir. O, həm də sona kimi qaçan və işləyən futbolçudur. Gücünü qorumayan futbolçudur. Ona görə də bunun uzun çəkməsi normaldır. 

- Sizin futbolçu karyeranız hələ də yadımızdadır. Sizdə olan savaşqanlıq hazırkı "Neftçi"də yoxdur. Komanda tez təslim olur. Amma siz futbolçu olanda böyük hesabla uduzanda belə, təslim olmurdunuz...

- Deməzdim ki, komanda təslim oldu. Sadəcə bu qol bizi üzdü. Bu cür oyundan belə müsbət məqamları çıxarmağa çalışırıq. Vuruşmaq da vaxtla gələcək. Bəzi futbolçular məşqçinin istəyini öz üzərilərinə götürəcəklər. Mən elə idim deyə, bütün futbolçular belə olmalı deyil. Kiminsə içində yoxdursa, bunu dəyişmək çətindir. Hər insanın öz xasiyyəti var. Açığı bu cür problemlər görmürəm. Bilmirəm bu sual haradan yarandı. "Zirə" üzərində sona qədər vuruşduq, necə təslim ola bilərik? Amma yeni qurulan komandalarda "Kəpəz"lə matçda olan kimi məqamlar olur. Bilmirəm, nə ilə bağlıdır. Pis oyunlar olur. Bir oyuna görə bir fikir formalaşmalı deyil. Düşünürəm ki, son vaxtlar komandam axıra kimi döyüşür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://qol.az
archiveBu xəbər 10 Mart 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri