Icma.az
close
up
RU
Ağakərim KİMDİR? Avazı ilə hamını məğlub edən MEYXANAÇI Bioqrafiya

Ağakərim KİMDİR? Avazı ilə hamını məğlub edən MEYXANAÇI Bioqrafiya

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi meyxanaçı Kərim bu gün vəfat edib.

Lent.az “Bioqrafiya” rubrikasında məşhur meyxanaçı haqqında maraqlı faktları təqdim edir.

- Kərim harada və nə zaman anadan olub?

Kərim Novruzov (Ağakərim) 1964-cü ildə Bakının Maştağa kəndindən anadan olub. 

- Kərim ali təhsil alıb?

Xeyr. 1981-ci ildə 209 saylı orta məktəbi bitirib. Təhsil illərində onda ədəbiyyat fənninə maraq olub. Kərim bədii ədəbiyyatı sevdiyini bildirib, daha çox Şərq ədəbiyyatını oxuduğunu deyirdi. "Şərq klassik poeziyası ilə daha çox maraqlanıram, Füzulinin də, Nizaminin də yaradıcılığını oxumuşam, amma mənim sevimlim Seyid Əzim Şirvanidir. Seyid Əzim dahidir. Bəzi meyxanaçılar adını dahi qoyub. Mən Şirvaniyə dahi deyim, yoxsa meyxanaçıya?"- o verdiyi bir müsahibədə demişdi.

- Kərimin meyxanaya meyli necə yaranıb?

Meyxanaya marağı da qonşusu Ağasəlim Çıldağın audiokasetlərindən sonra yaranıb. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə Əliağa Vahidə həsr olunmuş qəzəlxan festivalının ən yüksək mükafatını alıb.

-Kərim meyxanada kimi ustad hesab edir?

Ağasəlim Çıldağın ən yaxın iki tələbəsindən biridir.

- Kərimi digər meyxanaçılardan fərqləndirən cəhət nədir?

Kərim uzun illər meyxana deyiləndə ilk ağıla gələnlərdən olub. Meyxana tədbirlərində, televiziya proqramlarında, münsiflər kürsüsündə daim öndə idi. Kərimi meyxanada həmkarlarından xüsusi fərqləndirən cəhət onun avazıdır. Meyxanasevərlər onun deyişmələrini belə mahnı kimi dinləyir. Məşədibaba deyirmiş ki, deyişmədə Kərim adamı öz avazında məğlub eləmək istəyir. Onun tembrində cavab vermək istəyəndə adam batır. Gərək onun avazına aldanmayasan, öz tembrində deyəsən.

- Kərimin ən məşhur meyxanaları hansıdır?

"Amandı", "Azərbaycanlılar", "Bu gedər, o biri gələr", "Divanə kimi", "Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi", "Günahkar mavi Xəzərdir", "Kasıb", "Maştağa", "Nizami", "Pul", "Rədd elə getsin", "Varmı, görəsən?", "Vurulmuşam" mahnı və meyxanaları ilə tanınıb.

- Kərimin meyxanadan başqa sənəti var?

Meyxana ilə yanaşı Kərim gül təsərrüfatı ilə də məşğul olub. Qərənfil, çobanyastığı və başqa növdən olan güllər yetişdirib. Gül ticarəti ilə məşğul olan Kərim bunu həm qazanc yeri, həm də sevdiyi iş kimi qiymətləndirib: "Orucluq, məhərrəmlik aylarında toy az olur, onda təsərrüfatla məşğul oluruq".

- Kərimin tələbələri olub?

Adlarını çəkməsə də, 3 tələbəsi olduğunu bildirib. Lakin onlardan biri haqqında yüksək fikirdə olmayıb: "Üç tələbəm vardı. Onlardan ikisi yaxşı öyrəndi, biri isə sənəti öyrəndi, adamlığı yox. Canında olmasa, onun üçün nə isə edə bilmərəm. Gərək istedadı olsun ki, bacardığımdan onu rəndələyim, cilalayım".

Müsahibələrinin birində gənc həmkarı Aqşin Fatehə atmaca ataraq, onun ifrat iddialı təxəllüs götürdüyünü demişdi: "Özünə elə təxəllüs götürüb: "Fateh". Dünyada üç-dörd fateh olub. Çingiz xan, Teymurləng, Sultan Mehmet. Hələ Stalinə də bu adı vermək istəyirdilər, vermədilər. Bu insanlar ölkələr fəth edib, imperiyalar saxlayıblar. Sən kimsən? Götürdüyün ad gərək səni doğrultsun".

- Kərimi nə üçün həmkarının ölümündə günahlandırırlar?

Kərim digər bir neçə həmkarı ilə bir yerdə mərhum meyxanaçı Elçinin ölümündə günahlandırılır. İddiaya görə Məşədibaba Elçini bıçaqla vurduqdan sonra bir neçə meyxanaçı onu xəstəxanaya bilərəkdən gec çatdırıb. Elçin də qanaxmadan dünyasını dəyişib. Lakin bu iddia şayiə olaraq qalır.

- Kərim mərsiyə deyib?

Bəli. Özü deyirmiş ki, məni ağladan qəzəllərlə Segah üstündə mərsiyə demişəm. Kərimin avazı mərsiyəyə çox yatqın olduğu üçün Məhərrəm aylarında bu sahədə öz bacarığını göstərib.

- Kərimin oğlu Kamil onun yolunu davam etdirib?

Xeyr. O, övladının meyxanaçı olmasını istəməyib. Övladının ingilis dilini yaxşı öyrənməsini və öz təəbirincə desək, daha yuxarılarda olmasını arzu edib.

- Kərim nə üçün xəstələnib?

Toyxanada yüzlərlə adamın qarşısında hər gün yarışmağın həyəcanı meyxanaçıların səhhətinə ağır təsir edib. Həmin həyəcan Kərimi səhhətinə təsirsiz ötüşməyib. Diabet və təzyiq xəstəsi olan söz adamı 53 yaşında, 2017-ci ildə insult keçirib. Heydər Əliyev Fondu meyxanaçının müalicəsini üzərinə götürüb. Lakin həkimlər onun sağalmayacağını bildiriblər. Söz adamı, meyxananın nalə çəkən bülbülü o gündən ömürlük susub, danışa bilməyib.

İnsult keçirdikdən sonra bir müddət ayaq üstə dura bilsə də, ardınca dayaq sistemində də problem yaranıb. 

- Kərim nə vaxt vəfat etdi?

- Meyxanaçı Kərim 2025-ci il dekabrın 19-da vəfat edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:473
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Dekabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri