Icma.az
close
up
RU
Ağasəlim Mircavadov: Biz hələ bilmirik ki, hansı futbolu oynayırıq MÜSAHİBƏ

Ağasəlim Mircavadov: Biz hələ bilmirik ki, hansı futbolu oynayırıq MÜSAHİBƏ

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadovun Sport24.az-a müsahibəsi
- Millimiz yoldaşlıq oyunlarında Haiti və Belarusa da məğlub oldu. Yaxşı nəticələr qazana bilməməyimizin səbəbini nədə görürsünüz?
- Fikrimcə, yığmamızda gəncləşdirmə söhbəti yoxdur. Peşəkar futbolda yaşa baxmırlar. Gənc oyunçu hazırdırsa, meydana çıxacaq və oynayacaq. Amma onu nəyə görəsə oynatmaq bir az qəribə gəlir. Gənclər bilməlidirlər ki, onlar millidə oynamaq istəyirlərsə, klubda lider kimi çıxış etməlidirlər. Əsas məsələ budur. İndiki halda bizdə yerli oyunçu qıtlığı var. Həddindən artıq az oyunçuya sahibik. Dörd-beş aydan sonra işimiz daha da ağır olacaq. Klublarımızın əksəriyyətində mərkəz müdafiəçiləri, dayaq yarımmüdafiəçiləri, cinah oyunçuları əcnəbidirlər. Millimizin qarşıdakı aylarda aqibəti necə olacaq? Bu sual məni düşündürür. Hazırda gənclər milliyə dəvət alıblar. Baş məşqçi onlara inanıb. Bu, yaxşı haldır. Onların arxasında dayanmaq lazımdır ki, klublarında da əsas heyətdə oynasınlar.
- Haiti və Belarusla oyunlara da toxunmağınızı istərdik...
- Bu matçlar bizdə həddindən artıq həyəcan yaratdı. Çünki hələ də bilmirik ki, biz hansı futbolu oynaya bilirik. Müdafiədən oynayırıqmı? Bizdə bu da alınmır. Yarımmüdafiə xəttimiz də effektli deyil. Bu mövqedə topla 30-40 metr hərəkət edən, rəqiblərini aldadan və qapıya zərbə vuran futbolçularımız yoxdur. Hücumçularımız orta xətdən asılıdır. Nə qədər nüanslar və problemlər var. Birinci oyunu çıxmaq şərti ilə ikinci matçda futbolçular istəkli idilər. Meydanda istək olmalıdır. Bizə çox qəribə gəlir. Bu sözü tez-tez istifadə edirik. Peşəkar futbolçusansa, işini layiqincə görməlisən. İyunda da iki yoldaşlıq oyunumuz olacaq. Bu iki qarşılaşmada artıq əsas heyəti hazırlamaq və inkişaf etdirmək lazımdır. Sentyabrda seçmə mərhələ matçlarına hazır olmalıyıq.
- Yığmamız baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında 8 oyunda qələbə qazana bilməyib. Sizcə, səbəb nədir?
- 1994-1995-ci ildəki ilə indiki milli komanda arasında yerlə göy qədər fərq var. Federasiya yığma üçün hər şeyi edir. 1994-cü ildə mən işlədiyim dönəmdə Moldovadan Rumıniyaya avtobusla getmişik. O vaxt şərait çox ağır idi. İndi komandamızın hər şeyi var. Qalıb işləmək və yaxşı oynamaq. Əlbəttə heç kim uduzmaq istəmir. Bu da oyunçularımızda vərdiş yaradır. Onlar özləri də bunu dərk etməlidirlər. Komandanın daxilində oyunçular arasında bir iclas olmalıdır. Aralarında baş məşqçidən başqa daha bir böyük özünü göstərməlidir. Baş məşqçilər sözlərini deyirlər. Amma komanda daxilində də möhkəm qrup olmalıdır. Bu da qələbələrə təkan olacaq. Öz klublarında çox oynayan futbolçularımız da var. Bəhlul Mustafazadə və Bədavi Hüseynovu buna misal göstərə bilərəm. Amma lider olmaq lazımdır. Hazırkı yığmada belə sima yoxdur. Gələcəkdə necə olacaq? Deyə bilmərəm. Məncə, futbolçular da məğlubiyyətlərə görə məyus olurlar. Yaxşı xatırlayıram. 2018-ci ildə Belarus millisi Bakıda bizi 1:0 hesabı ilə məğlub etmişdi. Onların oyunlarına yaxşı bələdəm. Bu ölkənin təmsilçiləri ilə çox qarşılaşmışıq. Uzun ötürmələrə üstünlük verirdilər və cinahlardan cərimə meydançasına asmalar edirdilər. Cinahlarda sürətli oyunçuları olurdu və bundan istifadə edirdilər. Amma indiki Belarus millisi başqa futbol oynadı. Top həmişə yerdə idi. Qısa ötürmələrə üstünlük verirdilər, oyun qurmağa çalışırdılar. Baş məşqçiləri də ispandır. Onlara bu taktikanı baş salıb. 2018-ci ildəki Belarus yığması ilə indiki arasında çox fərq var idi. Artıq topla işləyirlər, qısa ötürmələrə üstünlük verirlər və sürətli hücuma çıxırlar. Biz hələ bilmirik ki, hansı futbolu oynayırıq. Rəqib hücum edəndə sıx oynayırdıq, top bizdə olanda isə istifadə edə bilmirdik. Belarusla görüşdə ilk dəfə milli komandanın formasını geyinən futbolçular oldu. Onlardan hələlik böyük oyun gözləmək olmaz. Məğlub olmaq pisdir. Amma bunun səbəblərini araşdırmaq, analiz etmək lazımdır. Hansı futbolu oynamaq istəyirik? Onu tapmalıyıq.

- 1995-ci ildə ardıcıl 10 oyunda məğlubiyyətə görə sizinlə yollar ayrılmışdı. Santuşu da eyni aqibət gözləyirmi?
- Mən bunu deyə bilmərəm. Həmin vaxt maaş almırdım. O vaxtla indiki arasında fərq böyükdür. Məşq etməyə yerimiz belə olmurdu. Buzovnadakı stadionda hazırlaşırdıq. Yığmada işləmək baş məşqçilər üçün böyüm şərəf idi. Uduzmağımıza baxmayaraq, Azərbaycan millisinin baş məşqçisi olduğumuz üçün qürur duyurduq. Fernandu Santuşla bağlı AFFA rəhbərliyi düşünməli və qərar verməlidir. Məşqçi gətirəndə hərtərəfli analiz aparılmalıdır. Düşünmək lazımdır ki, o, bizim futbola nə verə bilər. Bizim futbolu tanıyırmı? Komanda bir ailədir. Belə olmasa, o kollektivdən heç nə gözləmək olmaz. Santuş mətbuat konfransında dedi ki, 2028-ci ilədək müqaviləm var, işləmək istəyirəm. İşlə, amma komandada inkişaf olsun. Söhbət də budur. Yığmaya çağırılan gənclərin 3-4 ildən sonra 26-27 yaşları olacaq. Bəs onlar klublarında daim əsas heyətdə oynayırlarmı? Məsələ budur. Oyunçu yığmada açılmır. Futbolçu klubda inkişaf edir. Məşq isə oyuna hazırlıqdır. Məşqçilərdən eşitmirəm ki, desinlər ki, yığmanı gəncləşdirirəm. Bir həftə əvvəl İngiltərə millisinin oyununa baxırdım, 36 yaşlı Henderson meydanda idi. Baş məşqçi onun yaşına baxmır. Layiqdirsə, oyun kriteriyasına cavab verirsə, oynadır.
- Bəs bu nəticələrdən sonra millimizin DÇ-2026-nın seçmə mərhələsindəki şanslarını necə görürsünüz? Nəyə ümid edə bilərik?
- Bizim üçün çox ağır olacaq. Rəqiblər güclüdür. Açıq danışaq, indiki halda zəif komanda yoxdur. San Marino, Andorranın düşməsini istəyirik? İyundakı yoldaşlıq oyunlaırnı gözləyək. Heyət həmin vaxt tam hazır olmalıdır ki, sentyabrdan etibarən rahat oynasınlar. Biz də millimizin qələbələr qazanmasını istəyirik. Adamın ürəyi ağrıyır. Niyə biz aldada bilmirik, qol vəziytəti yarada bilmirik? Gərək klublarımıza da əl gəzdirək. Onlardan xahiş edək ki, yerli oyunçuları inkişaf etdirsinlər.
- Təcrübəli mütəxəssis kimi necə düşünürsünüz, Azərbaycan millisi neçə ildən sonra azarkeşlərin istədiyi nəticələri əldə edə bilər?
- 2025/2026 mövsümündən Premyer Liqamızda legioner limiti də ləğv olunur. Əgər bizim oyunçuların 9-10 üzvü ölkə xaricində oynasa və komandalarının əsas üzvləri olsalar, həmin vaxt nəyəsə ümid bəsləyə bilərik. Gürcüləri misal çəkirəm. Avropa çempionatındakı heyətdə 26 futbolçudan 23-ü ölkə xaricində çıxış edirdi. Bizdə elə oyunçular olmayacaqsa, heç bir şeyə nail ola bilmərik. Azərbaycan Premyer Liqasında çıxış edib milli ilə beynəlxalq arenada uğur qazanmaq çətindir. Uzağa getmək lazım deyil. "Qarabağ"ın yaxşı legionerləri olmasa, nəticə də olmayacaq. Heyətdəki yerlilər - Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə və digərləri həmin əcnəbilərin hesabına inkişaf edirlər. Qələbə ruhu da onlarda çoxdur. Futbolçuları xaricə göndərmək lazımdır.
- Elvin Cəfərquliyev yoldaşlıq oyununda da qırmızı vərəqə aldı...
- Bu, ayrı mövzudur. Mən səninlə razıyam, bir az intizamsızdır. Klubda və millidə onunla söhbət edilməlidir. Klubda da qırmızı vərəqələr alır axı... Məncə, futbolçularımız ölkə xaricinə yollanmağın yollarını tapmalıdırlar. Karyeraları üçün də yaxşı olacaq, daha da çox inkişaf edərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://sport24.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elməddin: Biznesim batdı, dirçəldə bilmədim

29 Mart 2025 21:14see211

Vətəninə və Musiqi Sənətinə Həsr Olunmuş Bir Həyat

29 Mart 2025 19:18see144

PSJ 3 xalı 6 qolla qazanaraq çempionluğa doğru gedir VİDEO

30 Mart 2025 01:19see120

Orban administrasiyası vətəndaşların poçtuna bülleten göndərir: səbəb…

29 Mart 2025 23:52see114

Qazaxda narkokuryerlər saxlanıldılar

30 Mart 2025 14:50see113

Mançester Siti də ciddi itki stadionu qoruyucu ayaqqabı ilə tərk etdi

31 Mart 2025 00:38see111

BVF Ukraynada münaqişənin 2025 ci ilin sonuna qədər bitəcəyini proqnozlaşdırır

30 Mart 2025 03:06see111

III Çarlz xəstəxanaya yerləşdiridikdən sonra ilk bəyanatını verdi

30 Mart 2025 13:33see110

Nasaz və idarə olunmayan avtomobilə cərimə gəldi DİN dən AÇIQLAMA VİDEO

30 Mart 2025 20:46see110

Xankəndinin mərkəzindəki edam otağı ndan TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR

31 Mart 2025 00:49see110

İd əl Fitr bayramına görə girovlar azad ediləcək

29 Mart 2025 10:27see110

Ukrayna demək olar ki, ABŞ la yeni müqavilə şərtləri ilə razılaşmayacaq

30 Mart 2025 02:46see110

Bölgədə güc balansı dəyişir Türkiyə bu ölkəyə xüsusi təyinatlılar GÖNDƏRİR

29 Mart 2025 20:04see109

Pakistanın Baş naziri İlham Əliyevi təbrik etdi KONKRET

29 Mart 2025 17:32see108

Volkan Konak səhnədə huşunu itirdi, xəstəxanaya aparıldı VİDEO

31 Mart 2025 01:16see107

Dünya nizamının dəyişməsinə təsir edən gizli razılaşmalar

30 Mart 2025 22:14see107

Tramp İranı heç vaxt görmədikləri partlayışlarla hədələyib

30 Mart 2025 18:55see106

Bu bürc çətinlikləri özünə maqnit kimi çəkir

30 Mart 2025 00:39see106

Aleksandr Turçin Əli Əsədovu təbrik etdi

30 Mart 2025 13:46see106

“Qarşıdakı matçlara da xallar qazanmaq üçün çıxacağıq” Rəşad Sadıqov

30 Mart 2025 21:03see105
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri