Icma.az
close
up
RU
Ağasəlim Mircavadov: Veteranların hər birində futbola həddən artıq böyük sevgi qalıb

Ağasəlim Mircavadov: Veteranların hər birində futbola həddən artıq böyük sevgi qalıb

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov Minifutbol Federasiyasının təşkilatçılığı ilə ötən gün “Neftçi 2000-lər” və “Premyer Liqa məşqçiləri” komandaları arasında keçirilən “Legends Cup”la bağlı təəssüratlarını bölüşüb.

İdman.biz xəbər verir ki, mütəxəssis “Report”a açıqlamasında matçın çox möhtəşəm keçdiyini bildirib.

Onun sözlərinə görə, oyun çox möhtəşəm olub: “Düşünürəm ki, dünya çempionatında azarkeşlərin stadiona gəlməsi daha rahat olacaq. Təəssüratlarım yaxşıdır, bəzi futbolçular var idi ki, 6-7 aydır görüşmürdük. Keçmiş dövrlərdən, oyunlardan bəhs etdik. Hər biri oynamaq istəyirdi. Hazırlaşmaq lazım idi. Hətta uşaqlara deyirdim ki, həftədə bir-iki dəfə yığışın, oynayın. Çünki matçdan əvvəl kollektiv şəkildə toplaşmaq üçün vaxt yox idi. Məşqçilər öz klublarında işləyirlər. Xoşuma gələn məqamlardan biri oyunun çox aqressiv keçməsi, futbolçuların istəkli olması idi. Həmçinin mübarizə zamanı yıxılanda bir-birilərinə kömək edib yerdən qaldırırdılar. Bu vacib amildir, mehribanlıq qalır”.

“Şöhrət” ordenli məşqçi meydana çıxanlardan heç kimi fərqləndirmək istəməyib: “Oyundan əvvəl heç bir nəticə proqnozlaşdırmamışdım. Ancaq futbolla bağlı düşünürdüm. Nəticə üçün heç olmasa, 2-3 həftə çalışıb məşq etməlisən. Elə oyunçular var idi ki, işləri ilə əlaqədar 2-3 aydır futbol oynamırdılar. Heç kimi fərqləndirmək istəməzdim. Amma klublarda çalışanlar daha yaxşı formada idilər. Ümumilikdə yanaşma xoşuma gəldi”.

O, hakimliyə də toxunub: “Düzdür, bəzən qərarlarından narazılıqlar olurdu. Amma görün neçə ildir idarəçilik etmirlər. Kənardan baxmaqla, meydanda olmağın fərqi böyükdür. Yenə də sağ olsunlar, öz amplualarında idilər”.

Mircavadov növbəti dəfə belə bir matçın olub-olmayacağı ilə bağlı sualı da cavablandırıb: “Bizə bununla bağlı heç nə demədilər. Amma bu cür matçların tez-tez keçirilməsi vacibdir. Təqdirəlayiq fikirdir. Yəqin veteranlarla görüşəcəyik, şəraitə uyğun addımlar atacağıq. Çünki bəzilərinin vaxt məhdudiyyəti var, işdən ayrılıb gələ bilmirlər. Amma veteranların hər birində futbola həddən artıq böyük sevgi qalıb. Bunu oyun zamanı da hiss etmək mümkün idi. Oyundan sonra hər birini təbrik etdim”.

Qeyd edək ki, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə baş tutan matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə “Premyer Liqa məşqçiləri" daha dəqiq oynayıb - 3:2. “Neftçi 2000-lər”i Ağasəlim Mircavadov, “Premyer Liqa məşqçiləri”ni isə Kurban Berdıyev (“Turan Tovuz”) baş məşqçi kimi meydana çıxarıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 May 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri