Icma.az
close
up
RU
Ağasəlim Mircavadov: Zirə bu mərhələni keçəcək

Ağasəlim Mircavadov: Zirə bu mərhələni keçəcək

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

"İlk matçdan çox şey asılıdır. Çünki tramplin olmalıdır. Qələbə ikinci oyuna böyük ümid verəcək. Belə cütlərin taleyi iki oyunun nəticəsi əsasında müəyyənləşir. Ona görə də görüş ərzində topla çox qalmaq lazımdır".

İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov "Zirə"nin evdə Xorvatiya "Hayduk"una qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk qarşılaşması barədə danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Premyer Liqası ilə avrokubok arasında böyük fərq var: “Ötən mövsüm "Zirə” Premyer Liqada çox uğurlu çıxış etdi. Özünəməxsus oyun üslubu sayəsində çempionatı ikinci pillədə bitirdilər. Lakin avrokubok oyunları ilə yerli çempionat arasında böyük fərq var. Bu komanda əziyyət çəkib Konfrans Liqasına vəsiqə qazanırsa, bunu əldən vermək olmaz".

Veteran futbolçunun fikrincə, hər iki komanda hazırda yaxşı formada deyil: "Zirə”nin həm oyunçuları, həm də məşqçi korpusunda xarakter var. Digər tərəfdən, lazımı mövqelərə yaxşı transferlər də ediblər. Lakin “Zirə” də, “Hayduk” da istənilən formada deyil. İstirahətdən gəliblər, çempionatlarda fasilədir. Səviyyə eyni ola bilər. Əsas amil oyunçu seçimi və liderlərin oyunudur. İlk turlarda liderlər komandanı arxasınca apara bilməlidirlər. İnanıram ki, "Zirə" bu mərhələni keçəcək".

“Hayduk”a gəlincə, Mircavadov Xorvatiya klubunun əksər oyunçularının xaricdə çıxış etdiklərini, gənc futbolçuları hazırlayıb legioner həyatı yaşamağa göndərdiklərini xatırladıb. Onun sözlərinə görə, hazırda Avropa klubları 10 il əvvəllə müqayisədə çox gücləniblər: "Baxıram, Konfrans Liqasında iştirak edən komandalara, əvəllər çox adam bunları tanımırdı. Hər ölkənin öz futbol strategiyası var ki, bununla da hərəkət edirlər. “Hayduk” da çalışacaq ki, mərhələ keçsin, amma “Zirə” onlardan daha üstündür. 10 il bundan əvvəllə müqayisədə Avropa klublarının çoxu güclənib. Orada nə qol epizodları yaratdın, istifadə etməlisən. Azərbaycan çermpionatında 4-5 qol epizodundan birindən istifadə edirsən. Yəni, bu amillər önəmlidir".

Hər iki tərəfin analizlər apardığını vurğulayan sabiq baş məşqçi "Zirə"nin ən az qol buraxan komandalardan olmasına diqqət çəkib: "Rəşad Sadıqov özünə və komandasına inanır. SSRİ dönəmində də belə şey vardı ki, komanda və məşqçilər korpusu bir-birinə inanmalıdır. İndiki halda, bu, həddindən artıq böyük rol oynayır. İnam böyük olmalıdır. İnam xarakterin qoludur, bu da “Zirə”də var. Buradakı oyunu ikinci görüşdə də göstərmək lazımdır. “Zirə” hazırda Azərbaycan çempionatında ən az qol buraxan komandalardan biridir. Oyunda müdafiə ilə yanaşı, yaradılan qol vəziyyətləırindən istifadə etmək də önəmlidir. Bu oyunu inkişaf etdirmık lazımdır. Qələbə ikinci görüş üçün komandaya böyük ruh verəcək".

Mircavadov bugünkü matçda şansları dəyərləndirməkdən imtina edib: "Xorvatiya klubu olaraq, “Hayduk”u da zəif görmürəm. Komandaların oyuna hazırlığı, taktiki gedişləri və istəyi əsas rol oynayacaq. Həmçinin, 12-ci oyunçu, yəni azarkeşlər də mütləqdir. Stadion da əsl futbol məkanıdır, ab-hava da önəmlidir. Hazırda “Zirə”yə önəm verirəm. Onlara böyük uğurlar arzulayıram".

Qeyd edək ki, bu gün 8-ci km stadionunda ("Neftçi Arena") keçiriləcək "Zirə" - "Hayduk" matçı saat 19:30-da başlanacaq. Cavab görüşü iyulun 31-də Split şəhərindəki "Polyud" stadionunda olacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:287
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 İyul 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri