Icma.az
close
up
RU
Ağasəlim Mircavadovdan “Zirə”yə avrokubok öncəsi mesaj

Ağasəlim Mircavadovdan “Zirə”yə avrokubok öncəsi mesaj

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Zirə"nin yay toplanışındakı oyunlarını izləməmişəm. Buna baxmayaraq, qəsəbə təmsilçisinin uğurlu nəticə qazanacağına inam böyükdür. Rəqib "Torpedo" Gürcüstanın köklü və ənənələri olan klublarından biridir". Bu sözləri Sport24.az-a Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis "Zirə"nin Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstan təmsilçisi "Torpedo" ilə oyunundan gözləntilərini bölüşüb:
"Bu komanda son illərdə mütəmadi olaraq avrokuboklarda çıxış edir və demək olar ki, hər mövsüm ən azı bir-iki mərhələ keçməyi bacarır. Belə təcrübəyə malik rəqiblə qarşılaşmaq heç vaxt asan olmur. Üstəlik, "Torpedo" bu mövsüm də iddialı görünür və ölkə Superkubokunun son qalibi kimi matça yüksək əhval-ruhiyyədə çıxacaq. Bu amil futbolçuların özünəinamına müsbət təsir göstərir. İlk oyunun vətəndə keçirilməsi "Zirə" üçün ciddi üstünlükdür. Evdə azarkeş dəstəyi və tanış şərait komandanın daha rahat futbol sərgiləməsinə kömək edə bilər. Fikrimcə, "Zirə" ilk qarşılaşmada üstünlüyü ələ almağa çalışmalıdır. Təbii ki, hər matçda bolqollu qələbə qazanmaq mümkün olmur. Amma cavab oyunu öncəsi rahat üstünlük əldə etmək komandanın işini xeyli asanlaşdırar. Əks halda, Gürcüstanda keçiriləcək cavab görüşündə həm rəqib azarkeşlərinin təzyiqi, həm də meydan amili əlavə çətinlik yaradacaq. Azərbaycanda fasilə olduğu halda, Gürcüstanda çempionatı davam edir. Bu da rəqibin oyun təcrübəsi baxımından üstün vəziyyətdə olduğunu göstərir. "Zirə"nin futbolçuları isə müəyyən mənada oyun ritmindən uzaq qalıblar. Belə qarşılaşmalarda nəticəni çox vaxt xarakter, əzmkarlıq və düzgün oyun planı müəyyənləşdirir".
Qeyd edək ki, qarşılaşma bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:00-da start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sport24.az
archiveBu xəbər 08 İyul 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see447

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see325

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see311

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see309

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see303

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see284

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see282

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see280

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see278

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see273

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see268

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see266

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see260

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see257

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see248

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see244

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see240

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see236

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see220

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri