Icma.az
close
up
RU
Ağcabədi dahi bəstəkarın dünyaya göz açdığı məkan

Ağcabədi dahi bəstəkarın dünyaya göz açdığı məkan

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Üzeyir Hacıbəyli – 140

Elə dahilər var ki, hansı kənddə, şəhərdə, ölkədə, hətta hansı qitədə doğulmasından asılı olmayaraq, bütün planetin nadir şəxsiyyətləri sayılırlar. Azərbaycan professional musiqi sənətinin və milli operanın banisi Üzeyir Hacıbəyli də onlardan biridir. Amma dəqiqlik sevənlər onun doğum ünvanının çox vaxt iddia edildiyi kimi, musiqi beşiyimiz Şuşa deyil, Ağcabədi olduğunu qeyd etməyi zəruri sayırlar. Bu isə həqiqətən də, belədir.

Üzeyir bəyin atası – şuşalı Əbdülhüseyn bəy Xan qızı Natəvanın Ağcabədidəki təsərrüfatına rəhbərlik edirdi. O vaxtlar rahat yol və nəqliyyat olmadığından, Əbdülhüseyn bəyin xidməti işlə əlaqədar gedib qalmaq üçün Ağcabədidə (o cümlədən Rəncbərlər kəndində) yaşayış yeri vardı.

Üzeyirşünas Səadət Qarabağlı:

– İndi çox mübahisələr gedir, şuşalılar deyirlər ki, Üzeyir bəy Şuşada doğulub, ağcabədililər isə deyirlər Ağcabədidə. Əslində Üzeyir bəyin bacı-qardaşları Şuşada, özü isə Ağcabədidə doğulub. Bunun da səbəbi odur ki, anası Şirin xanım ona hamilə olanda Ağcabədidə olan həyat yoldaşına baş çəkmək istəyir. Şirin xanımın bacıları Ağdamda ərdə idilər. Əvvəlcə Ağdama gəlir, bacılar hərəsi bir az onu qonaq saxlayırlar, sonra Ağcabədiyə gedir, elə orada da Üzeyir bəy anadan olur. Bir aydan sonra isə dəvənin üstünə kəcavə qoyurlar və Şirin xanım kəcavədə balaca Üzeyirlə bərabər Şuşaya qayıdır.

Mətbuat Şurasının sədri, şair-publisist Rəşad Məcid:

– Doğulduğum Ağcabədi ilə Üzeyir bəyin bağlılığı mənim üçün məxsusi fəxarətli bir məqamdır. Orta məktəb çağımda Üzeyir Hacıbəylinin bioqrafiyasını hər dəfə oxuyanda onun məhz Ağcabədidə doğulmasına görə çox qürurlanırdım və dahi bəstəkarın xatirəsinə ithaf etdiyim şeir o vaxt Ağcabədi rayon qəzetində çap olunmuşdu:

Böyük sənətiylə, istedadıyla,
O keçdi ən çətin, uca səddi də.
Yanaşı yazıldı dahi adıyla:
“Dünyaya gəlibdir Ağcabədidə
O burda cahana açıb gözünü,
Torpaqla ilk dəfə burda görüşüb.
Böyük sənətinə Üzeyir bəyin,
Bir çınqı alov da bu yerdə düşüb.

Üzeyir bəyin Rəncbərlər kəndinin sakinləri – tanınmış şəxslər Mirzə Vəli və Seyid Məhəmməd ağa ilə yaxın qohumluq əlaqələri vardı. Onun həm də Qori seminariyasında tələbə yoldaşı olmuş Mirzə Vəliyə hədiyyə etdiyi şəxsi tarı və dairəvi eynəyi də illərcə Rəncbərlər kəndində qorunub saxlanıb. Mirzənin gəlini – ağbirçək Ağca nənə ilə musiqi müəllimi olan nəvəsi Hafiz Üzeyir bəyə aid yadigarları qonaqlara fəxrlə göstərirdilər.

Ağcabədidə 2008-ci il sentyabrın 20-də dahi bəstəkarın adını daşıyan Qarabağ Muğam Mərkəzinin və park-kompleksin açılışı olub. Orada Üzeyir bəyin qranit büstü, eləcə də qəhrəmanlarının fiqurları qoyulub. Böyük sənət korifeyinin ruhuna bu ehtiram Heydər Əliyev Fondunun təşəbbüsü və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dəstəyi ilə ifadə edilib. Bu mərkəz Qarabağda muğam ifaçılıq sənətinin inkişafında, təbliğındə müstəsna rol oynayır.

Ötən ay Ağcabədidə “18 sentyabr – Üzeyir Musiqi Günü” təntənə ilə keçib. Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov deyib ki, şuşalı olan, amma Ağcabədidə dünyaya göz açan bəstəkar dünya musiqisinə olduqca qiymətli və tükənməz xəzinə bəxş edib. Ağcabədililər onun adı ilə qürur duyurlar. Bayramda musiqi kollektivlərinin ifasında əksəriyyəti Üzeyir bəyin ölməz əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunub.

Əlbəttə, bu gün Azərbaycanın hansı nöqtəsinə baxsaq, dahi Üzeyir bəyi görərik.

Bu dünyada cəmi 63 il yaşamış böyük şəxsiyyət Ağcabədi, Şuşa, Bakı ilə bərabər, əbədiyyət adlı ünvanda qərar tutub.

Əli NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri