Makronun lüks eynəklərinin istehsalçısının saytı sifariş axınına tab gətirmədi
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makronun Davosda keçirilən Dünya İqtisadi Forumunda gün eynəyi ilə görünməsi Fransanın "Henry Jullien" lüks brendinə marağın misli görünməmiş dərəcədə artmasına səbəb olub.
Redaktor.az "Franceinfo"ya istinadən xəbər verir ki, həmin gün şirkətin saytı prezidentin taxdığı eyni eynəyi almaq istəyənlərin böyük axınına tab gətirməyərək fəaliyyətini dayandırıb.
Xatırladaq ki, yanvarın 15-də Makron İstr strateji aviabazasında çıxışı zamanı gözü qızarmış halda görünüb. Yelisey Sarayında bunun göz damarının partlaması nəticəsində baş verdiyini izah ediblər. Prezident ilk dəfə yanvarın 17-də Yelisey Sarayında keçirilən müşavirədə gün eynəyi ilə ictimaiyyət qarşısına çıxıb.
Yanvarın 20-də isə Makron artıq Davosda "Henry Jullien" brendinin "Pacific S 01" model gün eynəyində çıxış edib.
Baxış sayı:98
Bu xəbər 22 Yanvar 2026 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















