Icma.az
close
up
RU
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub

Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağcabədi Pedaqoji Kollecinin rəhbər heyətinə yeni təyinatlar həyata keçirilib.

Əmrə əsasən, Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin direktoru, Cəlal Bayramov isə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

Əhəd Məmmədov bakalavr təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “İngilis dili müəllimliyi” ixtisası üzrə alıb. Hazırda ADA Universitetində “Təlim və tədrisin təşkili” ixtisaslaşması üzrə magistratura səviyyəsində təhsilini davam etdirir.

Əmək fəaliyyətinə ingilis dili müəllimi kimi başlayan Əhəd Məmmədov 2015–2021-ci illərdə müxtəlif təhsil müəssisələrində çalışıb. O, 93 nömrəli tam orta məktəbdə, eləcə də Tərtər şəhər Ə.Məmmədov adına 1 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərib. 2025-ci ildən Ağcabədi Pedaqoji Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb, 2026-cı ilin fevral ayından isə son təyinatadək kollecin direktoru vəzifəsini müvəqqəti icra edib.

Cəlal Bayramov ali təhsilini Gəncə Dövlət Universitetində “Biologiya müəllimliyi” ixtisası üzrə alıb. Pedaqoji fəaliyyəti dövründə Ağsu, Şəki və Oğuz rayonlarının müxtəlif kənd məktəblərində biologiya müəllimi kimi çalışıb. 2022-ci ildən etibarən Şəki rayon İbrahimkənd kənd tam orta məktəbinin direktoru vəzifəsində fəaliyyət göstərib.

O, təhsilin idarə olunması sahəsində bir sıra yerli və beynəlxalq təlim proqramlarında iştirak edib, o cümlədən ADA Universitetinin “Bir müəllimin manifesti” ixtisasartırma proqramını uğurla başa vurub.

Cəlal Bayramov, həmçinin 2022-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “İlin peşəkar gənci” döş nişanı və fəxri diplomu ilə təltif olunub. O, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə də təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 İyun 2026 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri