Ağcabədidə ağır qəza: ölən var
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Trend-ə istinadla xəbər verir ki, 1986-cı il təvəllüdlü Eldəniz Eldar oğlu Musayev etibarnamə əsasında idarə etdiyi, Rüstəm Müzəffər oğlu Əliyevin mülkiyyətində olan “Naz Lifan” markalı avtomobillə Salmanbəyli kəndi istiqamətindən Ağcabədi şəhərinə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil əsas yoldan çıxıb.
Qəza nəticəsində sürücü Eldəniz Musayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə sərnişin qismində olan avtomobil sahibi Rüstəm Əliyev isə başın təpə nahiyəsinin kəsilmiş-soyulmuş yarası xəsarəti alıb.
Faktla bağlı ibtidai istintaq aparılır.
Baxış sayı:77
Bu xəbər 06 Avqust 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















