Ağcabədidə AİLƏ FACİƏSİ Dəhşətli partlayışın baş verdiyi evdən VİDEOREPORTAJ
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Bu gün Ağcabədinin Hindarx qəsəbəsində əsl ailə faciəsi yaşanıb. Azyaşlı uşağın çöldən tapdığı əl qumbarasını evə gətirməsindən sonra partlayış olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Həyatını itirənlərdən 3-ü azyaşlıdır.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Ağcabədidə PARTLAYIŞ – Çox sayda ölü və yaralı var
Partlayışda baba, oğul və 2 qız, bir oğul nəvəsi ölüb. Baba Əhliman Quliyevin qızı Ülviyyə Məmmədli və 2 oğlu Məhəmməd və Murad Məmmədlilər qış tətili olduğundan Bərdənin İmirli kəndindən qonaq gəliblərmiş.
Partlayışda həyatını itirən Əhliman Quliyevin qardaşı Telman Quliyev hadisənin təfərrüatlarını Bizim.Media ilə bölüşüb.
Ətraflı videoreportajda:
Elgün Gəncimsoy, Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 31 Yanvar 2025 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















